A
Azəridmanservis MMC

Qida və İçki Şöbəsinin rəhbəri

Posted 18 h ago Source: jobsearch.az ↗
Monthly salary
₼1,200+
Apply
Category
Hospitality

About this role

Tələblər:

  • Ali təhsilli
  • Qida və içki, restoran, hotelçilik və ya əlaqəli sahədə minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi;
  • MS Office, Elektra proqramlarında işləmək bacarığı;
  • Liderlik, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Müştəri məmnuniyyətinə yönəlik yanaşma.
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, əlavə dil biliyi üstünlükdür

Vəzifə öhdəlikləri: 

  • Qida və içki şöbəsinin gündəlik fəaliyyətinin təşkil edilməsi və idarə olunması;
  • Şöbə əməkdaşlarının işinin planlaşdırılması, koordinasiyası və fəaliyyətinə nəzarət edilməsi;
  • Qonaqlara təqdim olunan qida və içki xidmətlərinin keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi;
  • Menyu, məhsul ehtiyatları və sifariş proseslərinin idarə olunması;
  • Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edilməsi;
  • Şöbənin aylıq və dövri hesabatlarının hazırlanması;
  • Xidmət keyfiyyətinin artırılması və qonaq məmnuniyyətinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi.

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • Əmək haqqı 1200 Azn
  • İş yeri: Quba İdman İstirahət Təlim Tədris Kompleksi
  • Qidalanma və yaşayış (qalmaq) ilə təmin olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV formalarını “Qida və İçki Şöbəsinin rəhbəri” mövzusu altında Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlər 1 həftə ərzində iş müsahibəsinə dəvət olunacaqlar. 

Similar jobs

: