Qanun Nəşriyyatı MMC Qrafik dizayner
About this role
Qanun Nəşriyyatından vakansiya: Qrafik dizayner tələb olunur
Vəzifə öhdəlikləri:
– Nəşr olunacaq kitablar üçün üz qabığı dizaynlarının hazırlanması;
– Kitabın məzmununa və mövzusuna uyğun vizual konsepsiyaların yaradılması;
– Kitab üz qabıqları üzrə təqdim olunan tapşırıqların vaxtında və keyfiyyətli icra edilməsi;
– Mövcud dizaynların redaktə və təkmilləşdirilməsi;
– Çap üçün hazırlanmış üz qabıqlarının texniki tələblərə uyğunluğunun təmin edilməsi;
– Müəllif, redaktor və rəhbərlik tərəfindən verilən qeydlərə uyğun düzəlişlərin edilməsi;
Namizədlərə tələblər:
– Təhsil: Natamam ali
– İş təcrübəsi: Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
– Cins: Bəy və xanım namizədlər
– Adobe Photoshop, Adobe InDesign, CorelDRAW proqramlarını yaxşı səviyyədə bilmək;
– Yaradıcı düşüncə və yüksək estetik zövq;
– Kompozisiya, rəng həlli və tipoqrafiya üzrə biliklər;
– Komandada işləmək bacarığı.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 08:00-dan 17:00-kimi
– İş yeri: 20 Yanvar metrosunun yaxınlığı
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qrafik dizayner” yazaraq [email protected] epoçt ünvanına ya da (055)228-78-43 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
