A
Azertest

Radio Şəbəkə Testləri üzrə kiçik mühəndis

Posted 16 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Category
Engineering

About this role

İşin Təsviri:

  • 2G/3G/4G/5G mobil rabitə şəbəkələrində xüsusi test alətləri vasitəsilə, verilən test metodologiyalarına uyğun olaraq tələb olunan radio şəbəkə testlərinin yerinə yetirlməsi, nəticələrin analiz edilməsi və reportlarının hazırlanması. 

Tələblər: 

  • Hərbi mükəlləfiyyəti tamamlamış Ali və ya Orta ixtisas təhsilli oğlanlar (əsasən Telekommunikasiya, İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi, Elektronika və s. oxşar ixtisasları bitirmiş gənclərə üstünlük veriləcək) 
  • İT və Telekommunikasiya sahəsində baza bilikləri 
  • İngilis dilində texniki terminləri anlamaq
  • Çevik, öyrənməyə həvəsli, ünsiyyətcil, problem həll etmə və sərbəst işləmək bacarıqları

Gecə saatlarında işləmək və ezamiyyətlə bağlı problemin olmaması.

Sınaq müddəti: 1 ay ( sınaq müddətində peşəkar mühəndislər tərəfindən işin incəlikləri öyrədilir və sınaq müddətinin sonunda sərbəst işləmək bacarıqları yoxlanılıaraq rəsmi əmək müqaviləsi bağlanır)

CV-lərinizi “Radio Şəbəkə Testləri üzrə kiçik mühəndis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Mövzu başlığı olmayan CV-lər nəzərə alınmayacaq. Maaş və işin digər detalları müsahibəyə dəvət olunan namizədlərlə üzbəüz görüşdə danışılacaqdır. İş təcrübəsi tələb olunmur.

Xahiş olunur işə və peşə öyrənməyə ehtiyacı olan ciddi şəxslər müraciət etsinlər.

Similar jobs

: