Unibank ASC Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Aparıcı/Baş Mütəxəssisi
Work mode Full-time Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Bölməyə daxil olan sorğuların təhlil edilməsi, araşdırılması və müvafiq tədbirlərin görülməsi;
- Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi;
- Mövcud risklərin müəyyən edilməsi və mitigasiya planlarının təklif olunması;
- Mövcud fraud nəzarət sistemlərinin təkmilləşdirilməsi və test proseslərində iştirak;
- Təkrarlanan halların qarşısının alınması üçün effektiv həll yollarının təqdim edilməsi;
- Bölmənin səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması;
- Daxili prosedur, təlimat və siyasətlərin təkmilləşdirilməsi prosesində iştirak;
- Rəqəmsal dələduzluq hadisələrinin araşdırılmasına dəstək göstərilməsi, saxtakarlıq sxemlərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün müvafiq təkliflərin verilməsi;
- Trendlərin izlənilməsi, sxemlərin müəyyənləşdirilməsi və potensial saxtakarlıq hallarının proqnozlaşdırılması məqsədilə analitik alətlərdən istifadə;
- Playbook-ların hazırlanması;
- Analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Erkən xəbərdarlıq sistemlərinin qurulması;
- Əsas risk indikatorlarının hazırlanması.
Tələblər
- Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi sahələri üzrə bakalavr dərəcəsi;
- Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sektorunda minimum 3 il iş təcrübəsi;
- Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər;
- SQL (Oracle) üzrə biliklər;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
- Hüquqi və texniki sənədlərlə işləmək təcrübəsi;
- İngilis dili — texniki terminologiya səviyyəsində, rus dili biliyi isə arzuolunandır;
- Güclü analitik düşüncə qabiliyyəti, məxfi məlumatlarla işləmək bacarığı, yüksək məsuliyyət və etibarlılıq;
- Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
U 

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…