Unibank ASC Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik mütəxəssisi
Work mode Full-time Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Müştəri əməliyyatlarının (kart, internet bankçılığı, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
- Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi;
- Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, həmçinin qabaqlayıcı tədbirlərin və qayda dəyişikliklərinin təşəbbüs edilməsi;
- Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;
- Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili, həmçinin müştərilərlə kommunikasiyanın aparılması;
- Təhlil nəticələrinə əsasən müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi;
- Qrupun səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması.
Üstünlüklər:
- Bank sektorunda karyera qurmaq və peşəkar təcrübə qazanmaq imkanı;
- Rəqəmsal təhlükəsizlik və dələduzluqla mübarizə sahəsində praktiki biliklərin artırılması;
- Müasir texnologiyalar və analitik sistemlərlə işləmək imkanı;
- Təlim və peşəkar inkişaf proqramlarında iştirak etmək imkanı;
- Komanda işi və strukturlaşdırılmış iş mühitində təcrübə qazanmaq;
- Bankdaxili karyera inkişafı imkanlarından faydalanmaq;
- Dinamik iş mühitində qərarvermə, problem həll etmə və operativlik bacarıqlarını inkişaf etdirmək imkanı;
- Korporativ etika və bankdaxili proseslər üzrə biliklərin artırılması.
Tələblər
- Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi sahələri üzrə bakalavr təhsili arzuolunandır;
- Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzuolunandır;
- Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sektorunda iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilini sərbəst, ingilis dilini texniki terminologiya səviyyəsində bilmək, rus dili biliyi isə üstünlükdür;
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmək bacarığı;
- SQL (Oracle) üzrə biliklər, xüsusilə DQL və DML komandaları ilə işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti və detallara yüksək diqqətlilik;
- Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı;
- Yeni texnologiyalar və alətləri öyrənməyə açıq olmaq.
U 

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…