A
ABB
Rəqəmsal kiçik biznes sahəsinə back-end üzrə aparıcı proqramçı / baş proqramçı
Posted 1 mo ago Source: hellojob.az ↗
Monthly salary
Salary negotiable
- Work mode
- Full-time
- Category
- Design
About this role
Görəcəyiniz işlər:
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
- Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
- Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
- Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
- Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
- Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.
Bizim üçün uyğun namizəd:
- Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma);
- Back-end proqramlaşdırma sahəsində minimum 3 illik iş təcrübəsinə;
- Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
- Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
- RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;
- Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
- Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
- Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;
- Agile Scrum metodologiyası barədə məlumatlılığa;
- Mikroservis arxitekturası üzrə biliklərə;
- PL/SQL biliklərinə;
- Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 18 may 2026 (bu elan) · hellojob.az
- 13 aprel 2026 · hellojob.az