RDM Respublika Diaqnostika MərkəziRespublika Diaqnostika Mərkəzi

Rəqəmsal Marketing və kommunikasiya üzrə mütəxəssis

Posted 18 h ago Source
Marketing
Monthly salary
Salary negotiable
Application deadline
21 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Biz tibbi xidmətlərimizin rəqəmsal platformalarda tanıdılması və yeni pasiyentlərin cəlb edilməsi üçün dinamik və məsuliyyətli Rəqəmsal Marketinq Mütəxəssisi axtarırıq. Bu rolda siz reklam kampaniyalarının praktiki icrası, sosial şəbəkələrin idarə edilməsi və podratçıların işinə nəzarət etməklə birbaşa satış konversiyalarının artırılmasına cavabdeh olacaqsınız.

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Iş təcrübəsi:  1 - 3 il
  • Analitik düşüncə, detallara qarşı diqqətlilik, operativlik və komandada işləmək bacarığı.
  • Dil bilikləri: Azərbaycan və rus dillərini yüksək səviyyədə, İngilis dili – texniki səviyyədə bilmək.

Texniki bacarıqlar:

  • Meta Ads Manager və Google Ads (Axtarış, YouTube, YouTube/Display) alətləri ilə sərbəst işləmək bacarığı (Tibbi mövzularda reklamların modifikasiya qaydalarını bilmək).
  • Veb-analitika alətləri: Google Analytics 4 (GA4) və Google Tag Manager (GTM) ilə baza səviyyəsində işləmək, hesabatları anlamaq bacarığı.
  • Kopiraytinq və vizual zövq: Reklam mətnlərini savadlı yazmaq və dizaynerlər üçün aydın texniki tapşırıqlar (TT) tərtib etmək.

Vəzifə öhdəlikləri:  

  • Tibbi xidmətlərin hədəf auditoriyaya düzgün çatdırılması üçün vizual-məntiqi strukturun qurulması və kommersiya təqdimatlarının hazırlanmasında iştirak etmək.
  • Google Ads və Meta Ads (Facebook/Instagram) platformalarında reklam strategiyasının hazırlanması və praktiki icrası, büdcənin idarə edilməsi və satış konversiya zəncirinin optimallaşdırılması. LinkedIn platformasında ilkin aktivliyin təmin edilməsi.
  • SMM, dizayn, video-kontent üzrə frilanserlərin və ya agentliklərin fəaliyyətinə nəzarət; korporativ veb-saytın yenilənməsi və SEO göstəricilərinin monitorinqi.
  • Marketinq büdcəsinin səmərəli istifadə edilməsi; rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında korporativ və VİP pasiyentlər üçün loyallıq proqramlarının icrasında (reklam və məlumatlandırma hissəsində) iştirak etmək.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Tbilisi pr. 147
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır.
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • Sahə: Tibbi xidmətlər / Səhiyyə

Müraciət üçün namizədlər CV formunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
RDM Respublika Diaqnostika Mərkəzi
Respublika Diaqnostika Mərkəzi
İnsan sağlamlığı və sosial xidmətlər

Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir. Mərkəzimiz, Azərbaycanda…

Similar jobs

See all