TRETreva Real Estate

Resale Satış Məsləhətçisi

Posted 14 h ago Source: jobsearch.az ↗
Customer Service
Monthly salary
Salary negotiable
Application deadline
28 iyul 2026

About this role

İş yeri: Bayıl, Sabah Residence

Vəzifə haqqında

  • TREVA Real Estate daşınmaz əmlak bazarında satışı sistemləşdirən, texnologiya və nəticə yönümlü yanaşma ilə çalışan şirkətdir.
  • Hazırda Resale (ikinci bazar) istiqamətimizi inkişaf etdiririk və bu sahənin qurulmasında iştirak edəcək, satış proseslərini idarə edə biləcək Resale Satış Məsləhətçisi axtarırıq.
  • Bu rolda siz daşınmaz əmlak satış prosesinin bütün mərhələlərində iştirak edəcək, müştəri münasibətlərini idarə edəcək və uğurlu sövdələşmələrin bağlanmasına cavabdeh olacaqsınız.

Əsas vəzifələr:

  • Satıcılarla əlaqə qurmaq, daşınmaz əmlak obyektlərini analiz etmək və qiymətləndirmək;
  • Yeni obyektlərin portfelə əlavə olunması və eksklüziv əməkdaşlıqların qurulması;
  • Alıcı müraciətlərini idarə etmək, ehtiyaclarını müəyyənləşdirmək və uyğun seçimlər təqdim etmək;
  • Müştərilərlə görüşlərin və daşınmaz əmlak baxışlarının təşkili;
  • Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək;
  • Danışıqları aparmaq və satış nəticələrinə cavabdeh olmaq;
  • CRM sistemində müştəri və obyekt məlumatlarını düzgün şəkildə qeyd etmək.

Namizədə tələblər:

  • Satış sahəsində 1-3 il iş təcrübəsi (daşınmaz əmlak, bank, sığorta və ya digər satış sahələri üstünlükdür);
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Satış nəticələrinə fokuslanan və məqsədyönlü yanaşma;
  • CRM sistemləri ilə işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Rus dili biliyi üstünlükdür;
  • Müstəqil, məsuliyyətli və aktiv iş prinsipi.

Biz nə təklif edirik:

  • Stabil aylıq fix əmək haqqı və bonus sistemi; 
  • Nəticələrə əsaslanan yüksək qazanc imkanı;
  • Yeni qurulan istiqamətdə inkişaf və liderlik imkanı;
  • Sistemli iş prosesi və peşəkar komanda dəstəyi;
  • Karyera inkişaf imkanları.

TREVA-da satış təsadüfi proses deyil sistemli yanaşmadır. Əgər siz nəticə yönümlü işləməyi və böyüyən komandanın bir hissəsi olmağı istəyirsinizsə, müraciətinizi gözləyirik.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

TRE
Treva Real Estate

Similar jobs

See all
Apply