PL
Pilates Life

Resepşn

Posted 14 h ago Source: jobsearch.az ↗
Monthly salary
₼700+
Apply
Category
Customer Service

About this role

PilatesLife studiyasına Xanım Resepşn axtarılır

PilatesLife komandası böyüməyə davam edir və biz peşəkar, enerjili və məsuliyyətli xanım resepsion axtarırıq.

Vəzifələri:

  • Studiyanın gündəlik inzibati işlərinin təşkili və koordinasiyası
  • Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsi
  • Studiyanın yeni və potensial müştərilərinə xidmətlərin peşəkar təqdimatı
  • Daxil olan zənglərin, WhatsApp və sosial şəbəkə müraciətlərinin cavablandırılması
  • Mövcud və potensial müştərilərlə davamlı əlaqələrin qurulması
  • Müştəri bazasının idarə olunması və CRM sistemində məlumatların işlənməsi
  • Məşqçilərin iş qrafiklərinin koordinasiyasında iştirak
  • Studiyada mövcud məhsulların və ehtiyatların nəzarəti, sifarişlərin hazırlanması
  • Hesabatların müəyyən olunmuş qaydada aparılması
  • Studiyanın xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin edilməsində aktiv iştirak
  • İş yerində yaranan məsələlərin operativ və müstəqil həlli

Tələblər:

  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
  • Ali təhsil
  • 22–40 yaş arası xanım namizədlər
  • MS Office proqramlarında işləmə bacarığı (Word, Excel), 1C bilikləri üstünlükdür
  • Ofis texnikası ilə işləmə bacarığı
  • Satış və müştəri xidməti sahəsində təcrübə üstünlükdür
  • Ünsiyyətcil, gülərüz və təqdimat bacarıqlarının yüksək olması
  • Məsuliyyətli, punktual və intizamlı olmaq
  • Komandada işləmə və eyni zamanda müstəqil qərar vermə bacarığı
  • Stressə davamlı və çoxsaylı tapşırıqları idarə etmə bacarığı
  • Sağlam həyat tərzinə, idmana və wellness sahəsinə maraq göstərmək

İş şəraiti:

  • İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır
  • Əmək haqqı: 700 AZN fiks maaş + KPI bonus sistemi
  • 2 növbəli iş qrafiki: 09:00–18:00 / 12:00–21:00
  • Şənbə günü: 09:00–15:00

Biz nə təklif edirik?

  • Azərbaycanın aparıcı Pilates studiyalarından birində işləmək imkanı
  • Peşəkar və dəstəkçi komanda mühiti
  • Karyera və inkişaf imkanları
  • PilatesLife xidmətlərindən xüsusi əməkdaş güzəştləri
  • Müştəri xidməti və satış bacarıqlarının inkişafı üçün təlimlər

Maraqlanan şəxslərdən şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Resepşn” qeyd etməklə göndərmələri xahiş olunur.

Similar jobs

: