Restorana F&B manager - MAAŞ 2500-4000 manat civarında
About this role
Vəzifə: (Food & Beverage Manager, ( Qida və içki üzrə menecer və ya İaşə şöbəsinin meneceri)
İş barədə məlumat:
Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak etmək;
Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət etmək;
Müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edərək bütün restoran işçi qrupunu bu istiqamətdə təlimləndirib inkişaf etdirilməsində iştirak etmək;
Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət etmək;
Təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət etmək;
İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət.
Vəzifə tələbləri:
Təhsili/ixtisası: Ali təhsil
Minimum 5 il restoran təcrübəsi (alakart və banket üstünlükdür)
Dil bilikləri: Azərbaycan dili, Rus dili;
İctimai iaşə, məişət və digər növ xidmət qaydalarını bilmək.
Etik davranış qaydalarına sahib olmalı.
Diqqətli, məsuliyyətli və cəld.
Komandada işləmək bacarığı.
Xarici görünüşünə diqqət göstərməli.
İdaretmə qabiliyyətinə sahib olmalı.
Əmək haqqı 2500-4000 arasında bilik və bacarıqlara uyğun olaraq təyin olunacaq
Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində F&B manager qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Resant Hotels & Resorts fastest growing hotel company. Our story, Your journey Our company manages a group of preferred family hotels and restaurants on the Absheron peninsula and Sheki city with…