Lucky Sandwich Risk Meneceri
Posted 11 h ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş şəraiti
- Şəhər / Ünvan: Bakı şəhəri babək prospekti
- İş qrafiki: Tam iş günü (Həftədə 5 gün)
- Əmək haqqı: 1200 AZN (Fiks) + Performansa uyğun bonuslar
Vəzifə Öhdəlikləri:
- Maya Dəyəri və İtki Analizi: Məhsulların (burger, sendviç, roll və s.) hazırlanma prosesində yarana biləcək xammal itkilərini, israfı və maya dəyəri risklərini analiz etmək.
- Tədarük Zənciri Riskləri: Ərzaq və xammal tədarükçülərinin qiymətləndirilməsi, logistika və vaxtında çatdırılma risklərini idarə etmək.
- Operativ və Sanitar Risklər: Sex daxili əməliyyatların, qida təhlükəsizliyi (HACCP/sanitariya standartları) və saxlanma şəraitinin risklərini müəyyən etmək və nəzarətdə saxlamaq.
- İnventar və Kassa Nəzarəti: Anbar qalıqlarının, kassa əməliyyatlarının və daxili fırıldaqçılıq (fraud) risklərinin qarşısının alınması üçün nəzarət mexanizmləri qurmaq.
- Risk Reyestri: Maliyyə və operativ risk matrisini tərtib etmək və mütəmadi yeniləmək.
- Hesabatlılıq: Aşkar olunmuş risklər, kənarlaşmalar və onların həlli yolları barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
- Satis menecerlerime nezaret. Onlarin satis effektivliyi artirmaq iadənin faizinin asagi salınması nəzarət.
- Menecerlere mutamadi hesabat gondermek Menecerlere qurulmus sistemin oyredilmesi . Telimler kecmek
Menecerlerin maas faizlerini hesablamaq.
Satisin artirilmasi ve vozvratin asagi salinmasi ucun sistem qurmaq - Istehsal prosesinin izlenmesini qurub Nezaret mexanizmi qurmaq
Tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya İctimai iaşə menecmenti sahəsində).
- İş Təcrübəsi: Risklərin idarə edilməsi, daxili nəzarət, audit və ya maliyyə analizi sahəsində minimum 2 il iş təcrübəsi (HoReCa, restoran şəbəkələri, pərakəndə satış (retail) və ya qida sektorunda təcrübə arzuolunandır).
- Analitik Bacarıqlar: Rəqəmlərlə işləmək, böyük həcmli datanı analiz etmək və trendləri görmək qabiliyyəti.
- Proqram Bilikləri: MS Excel proqramını yüksək səviyyədə bilmək (restoran idarəetmə proqramları — iiko, r-keeper və s. bilikləri üstünlükdür).
- Dil Bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı (Rus və ya İngilis dili biliyi üstünlükdür).
Biz Nə Təklif Edirik?
- 1200 AZN sabit fiks maaş və təyin olunmuş hədəflərə uyğun əlavə bonus sistemi.
- "Lucky Sandwich" ailəsində dinamik və mehriban kollektiv.
- Korporativ mühitdə karyera yüksəlişi və inkişaf imkanları.
- Şirkət hesabına dadlı nahar təminatı.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat.
Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində mütləq "Risk Meneceri" qeyd edilməlidir.
LS 

Lucky Sandwich