XB Xalq BankXalq Bank

Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin stajçı/kiçik/mütəxəssis

Bakı Posted 2 h ago Source
Full-time 3–5 years Finance
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək vermək;
  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsində iştirak etmək;
  • Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasında iştirak etmək;
  • Təlim proqramlarında iştirak edərək risklərin idarə edilməsinə dair bilik və bacarıqların artırılması;
  • Risklərin idarə edilməsi məqsədilə Bankın struktur bölmələrindən alınmış məlumatları təhlil etmək və nəticələrlə bağlı şöbə rəisini məlumatlandırmaq;
  • Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak etmək;
  • Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak etmək.

Tələblər

  • İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili;
  • Xarici dil bilikləri (ingilis dili -zəruri);
  • MS Ofis proqramları ilə işləmə bacarığı;
  • Digər proqram təminatları ilə işləmə arzuolunandır.
  • Bank və ya əlaqəli maliyyə sektorunda bank təcrübəsi olması arzuolunandır;
  • Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
  • İşdə dəqiqlik və detallara fikirvermə bacarığı;
  • Bilik və bacarıqların artırılmasına maraqlı olmaq;
  • Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları;
  • Ünsiyyət və əməkdaşlıq bacarığı;
  • ESG üzrə biliklər arzuolunandır;
  • CERM, ISO 31000 və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.


 

XB Xalq Bank
Xalq Bank
Maliyyə və sığorta fəaliyyəti

Bizi seçdiyiniz üçün sizə təşəkkür edirik. 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.

Similar jobs

See all
Apply