Risklərin idarə edilməsi üzrə baş mütəxəssis
Posted 2 d ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Fintek sahəsində fəaliyyət göstərən və innovativ maliyyə həlləri təqdim edən şirkətimiz risklərin effektiv idarə olunması və dayanıqlı inkişaf strategiyasını gücləndirmək məqsədilə peşəkar namizədlər axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
- Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
- Risk idarəetmə siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
- Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərinin qurulması
- Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
- AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
- Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
- Daxili audit və uyğunluq (komplayens) bölmələri ilə koordinasiyanın təmin edilməsi
- Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi
Tələblər:
- Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil
- Risklərin idarə olunması, bankçılıq və ya Fintek sahəsində minimum 2-3 il iş təcrübəsi
- Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə dərin biliklər
- Analitik və strateji düşünmə qabiliyyəti
- Maliyyə modelləşdirmə və risk analiz alətləri üzrə təcrübə
- SQL, Excel, BI alətləri və ya proqramlaşdırma bilikləri (Python/R) üstünlükdür
İş şəraiti
- Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
- İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
- İş yeri: Malibo Residence
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
P 
Payonix
Maliyyə və sığorta fəaliyyəti