Risklərin idarəedilməsi departamentinin təhlilçisi
Work mode Full-time Experience 1–3 years Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Fondun uzunmüddətli investisiya strategiyasının formalaşdırılmasında mühüm rol oynayan strateji aktiv bölgüsü üzrə araşdırmalarda iştirak edərək müxtəlif investisiya imkanlarının portfelin gəlirliliyinə, riskinə və dayanıqlılığına təsirinin qiymətləndirilməsi;
- İnvestisiya və risklərin idarə edilməsi sahəsində qabaqcıl metodologiyaları, analitik yenilikləri və inkişaf edən yanaşmaları izləməklə onların Fondun investisiya prosesində tətbiqi imkanlarının araşdırılması;
- Müxtəlif investisiyaların risk və gəlirlilik xüsusiyyətlərinin təhlili və onların ümumi portfelə töhfəsinin qiymətləndirilməsi;
- Maliyyə bazarlarında, makroiqtisadi mühitdə və geosiyasi proseslərdə baş verən dəyişikliklərin investisiya portfelinə mümkün təsirinin araşdırılması;
- Portfelin və ayrı-ayrı aktiv siniflərinin gəlirliliyini müvafiq bençmarklarla müqayisə edərək əsas risk göstəricilərinin təhlili, stress-test və ssenari təhlillərin aparılması və nəticələri dövri analitik hesabatlar vasitəsilə təqdim edilməsi;
- Analitik və texnoloji vasitələrdən, o cümlədən süni intellekt alətlərindən istifadə etməklə hesablama, təhlil və hesabat proseslərinin səmərəliliyinin artırılmasında iştirak;
Xüsusi tələblər
- Maliyyə bazarları, investisiya alətləri, portfel idarəçiliyi və risklərin idarə edilməsi üzrə yaxşı nəzəri biliklər;
- Statistik və riyazi metodlardan istifadə etməklə maliyyə məlumatlarını təhlil etmək, nəticələri düzgün şərh etmək və əsaslandırılmış qənaətlər formalaşdırmaq bacarığı;
- Risk və gəlirlilik göstəriciləri, maliyyə modelləri və portfel təhlilinin əsas prinsipləri üzrə biliklər;
- Risklərin idarə edilməsi, investisiya təhlili, portfel analitikası, gəlirliliyin ölçülməsi və ya əlaqəli sahədə müvafiq təcrübə üstünlükdür;
- İqtisadi və makroiqtisadi modellərin qurulması, eləcə də bu modellər əsasında bazar və iqtisadi dəyişikliklərin təsirinin qiymətləndirilməsi təcrübəsi;
- Təhsil səviyyəsi:Bakalavr
- İxtisas:Maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika, ekonometrika və ya digər riyazi yönümlü sahə üzrə ali təhsil;
- FRM, CFA və ya əlaqəli peşəkar kvalifikasiyalar üzrə nailiyyətlər üstünlük hesab olunur
- Müvafiq sahə üzrə təcrübə:1-3
- İngilis dili bilik səviyyəsi:Yüksək səviyyə
- Kompüter / Proqram bilikləri:Məlumatların emalı, təhlili və iş proseslərinin avtomatlaşdırılması tələb olunan tapşırıqlarda Python, SQL, VBA və s. vasitələrdən, eləcə də süni intellekt alətlərindən məqsədyönlü istifadə edə bilmək bacarığı
ARD 
Azərbaycan Respublikası Dövlət Neft Fondu