Premium Residence Sea Breeze Sahə Memarı
Posted 23 h ago Source ↗
Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
"Premium Residence" komandası olaraq, möhtəşəm "Sea Breeze" layihəsinin tikinti sahəsində layihələrin dəqiq tətbiqinə və keyfiyyətinə nəzarət edəcək təcrübəli Sahə Memarı axtarışındayıq!
Əsas məlumatlar:
- Ünvan: Bakı, Sea Breeze layihə sahəsi
- Əməkhaqqı: Razılaşma yolu ilə (Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə əsasən)
- İş qrafiki: Tam iş günü (Tikinti sahəsi üzrə)
Sizin öhdəlikləriniz:
- Tikinti sahəsində memarlıq layihələrinin çertyojlara və təsdiq olunmuş planlara tam uyğun icra edilməsinə nəzarət;
- Layihə müəllifləri, mühəndislər və subpodratçılar arasında koordinasiyanın təmin edilməsi;
- Tikinti gedişatı zamanı ortaya çıxan memarlıq xarakterli problemlərin yerindəcə operativ həlli;
- Görülən işlərin keyfiyyətinə, memarlıq detallarına və materialların düzgün tətbiqinə nəzarət (müəllif nəzarəti).
Namizədə dair tələblər:
- Yaş həddi: 30 - 50 yaş
- Memarlıq sahəsi üzrə ali təhsil;
- Tikinti sahəsində (xüsusilə irimiqyaslı yaşayış komplekslərində) zəngin iş təcrübəsi;
- Memarlıq və işçi layihə çertyojlarını mükəmməl oxumaq və təhlil etmək bacarığı;
- Tikinti norma və qaydalarını (TNvQ) və sahə təhlükəsizliyi qaydalarını yaxşı bilmək;
- Liderlik, operativ qərarvermə və yüksək ünsiyyət qurmaq qabiliyyəti.
Təcrübənizi əks etdirən CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində "Sahə Memarı" qeyd etməyi unutmayın.
PRS 

Premium Residence Sea Breeze