BMY Caspian MMC Sahə mühəndisi
About this role
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
İş yeri: Bakı (Layihə əraziləri, sahə)
Əmək haqqı: 1500 azn (namizədin bilik bacarıqlarına əsasən təyin olunacaq)
Vəzifənin məqsədi:
Layihələrin sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək, sifarişçi ilə operativ koordinasiya aparmaq, sahə komandasını idarə etmək, texniki ofisə düzgün və vaxtında məlumat/sənədləşmə təqdim etməklə layihənin vaxt və material planına uyğun irəliləməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri:
Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət
Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət
Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi
Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək
Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi
Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri
Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil və “as-built” məlumatlarının toplanması və sistemləşdirilməsi
Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)
Namizədə tələblər (mütləq)
Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
Minimum 2 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
AutoCAD bilikləri
Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı
Üstünlükdür
Revit / Civil 3D / Microsoft Project bilikləri
Texniki ofis-sahə koordinasiyası, planlama və hesabatlılıqda sistemli yanaşma
Uyğun namizədlərdən CV-lərini Sahə mühəndisi başlığı (subject hissədə vakansiya adı mütləq yazılmalıdır) ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.

BMY Caspian MMC 2009-cu ildən inşaat sektorunda fəaliyyət göstərir. Şirkət dünyaca məşhur inşaat kimyəvi materiallarının Azərbaycandakı rəsmi distribütorudur. Hidroizolyasiya, istilik və səs…