Sahə rəisi (prorab)
About this role
Vakansiya: Sahə Rəisi (Təmir üzrə Prorab)
Şirkət: İnteryer Dizayn və Təmir Şirkəti
Ünvan: Bakı ş., Ağ Şəhər
Layihələr: Premium klass mənzillər və villaların daxili təmiri
Şərtlər:
• Əmək haqqı: Müsahibə əsasında (Bilik və təcrübəyə uyğun rəqabətli maaş);
• İş qrafiki: Razılaşma yolu ilə.
Öhdəliklər
• Dizayn layihələrinin (işçi çertyojların, planların) mükəmməl şəkildə oxunması və sahədə sıfır xəta ilə tətbiqi;
• Daxili təmir işlərinin (elektrik, santexnika, alçıpan, rəngsaz, kafel-metlax və s.) texnoloji ardıcıllığına və yüksək keyfiyyətinə nəzarət;
• Ustaların idarə olunması, iş bölgüsünün aparılması və qrafikin qorunması;
• Təmir materiallarının (həm qara, həm finishing materiallarının) düzgün hesablanması və material israfının qarşısının alınması;
• Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabatların verilməsi.
Tələblər
• Təcrübə: Premium seqment daxili təmir layihələrində minimum 5 il mütləq prorab təcrübəsi;
• Müasir daxili təmir materialları, lüks bəzək işləri (gizli profillər, mürəkkəb tavanlar, divar panelləri və s.) və onların tətbiq qaydaları barədə mükəmməl biliklər;
• Dizayn layihəsindəki detalları və ölçüləri vizual olaraq deyil, texniki olaraq analiz etmək bacarığı;
• Tələbkar, nizam-intizamlı və usta heyəti ilə düzgün kommunikasiya qura bilən.