Sales and Marketing Specialist
About this role
Komandamıza satış bacarığı olan, dinamik, məsuliyyətli və pozitiv düşüncəli xanım Satış Meneceri dəvət edirik.
Əmək haqqı və üstünlüklər:
* Əmək haqqı minimum əməkhaqqından başlayır;
* Satışlardan əlavə yüksək faiz sistemi tətbiq olunur;
* Qazanılan faiz məbləğinə limit yoxdur – ( 1000 1500 2000 )gəliriniz birbaşa satış nəticələrinizdən asılıdır;
* Satış bacarığı yüksək olan əməkdaşlar üçün çox yüksək gəlir əldə etmək imkanı;
* Karyera yüksəlişi və peşəkar inkişaf imkanı.
Öhdəliklər
* Şirkət tərəfindən təqdim olunan müştəri bazası ilə telefon əlaqələrinin qurulması;
* Sosial şəbəkələr üçün video təqdimatların hazırlanması və canlı yayımlar vasitəsilə şirkətin üstünlüklərinin potensial müştərilərə çatdırılması;
* Yeni müştərilərin cəlb edilməsi;
* Nağd və kredit satışlarının həyata keçirilməsi üçün müştərilərin ofisə dəvət edilməsi və satış prosesinin təşkili.
Tələblər
* Satış və ünsiyyət bacarığı;
* Dinamik, məsuliyyətli və pozitiv olmaq;
* Kompüterdə işləmə bacarığı (MS Office və ümumi informatika bilikləri);
* İngilis dilini bilmək arzuolunandır;
* Ciddi, intizamlı və məsuliyyətli olmaq;
* Şirkətin nüfuz və imicinə uyğun geyim tərzinə riayət etmək;
* Kamera qarşısında sərbəst danışıq bacarığı üstünlükdür.