Santexnik
Posted 21 h ago Source ↗
Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş şəraiti
- Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
- İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Tələblər:
- Müvafiq sahə üzrə peşə təhsili və ya sertifikatın olması üstünlükdür.
- Santexnika sahəsində minimum 2 il iş təcrübəsi.
- Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri üzrə bilik və bacarıqlar.
- Müxtəlif növ borular, fitinqlər, kranlar, ventillər və digər santexnika avadanlıqları ilə işləmək bacarığı.
- Texniki nasazlıqları müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq bacarığı.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
- Məsuliyyətli, nizam-intizamlı və komanda ilə işləmək bacarığı.
- İşləri vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Öhdəliklər:
- Məktəbin su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, texniki xidməti və təmirini həyata keçirmək.
- Santexnika avadanlıqlarının, boru xətlərinin, fitinqlərin və digər qurğuların yaxşı vəziyyətdə saxlanılmasını təmin etmək.
- Aşkar edilmiş nasazlıqları operativ şəkildə aradan qaldırmaq və təkrar yaranmasının qarşısını almaq.
- Profilaktik baxış və texniki xidmət işlərini müəyyən edilmiş qrafikə uyğun yerinə yetirmək.
- Tələb olunduqda yeni santexnika avadanlıqlarının quraşdırılmasını və dəyişdirilməsini həyata keçirmək.
- Görülən işlər zamanı təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət etmək.
- İstifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.
- Texniki Təminat və İstismar şöbəsinin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- Məktəb binasında santexnika sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək.
Biz təklif edirik:
- Rəqabətə davamlı əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Santexnik” vəzifəsini qeyd etməyiniz xahiş olunur.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Təhsil
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir. MTK 2001-ci il sentyabr ayının 1-də…