GT Cars MMC Satıcı (Avtomobil Satışı)
About this role
İş haqqında
GT CARS komandasına məsuliyyətli, aktiv və satış bacarığı yüksək olan əməkdaş axtarır. Şirkətimizin əsas fəaliyyət istiqaməti avtomobil satışıdır. Namizəd müştərilərlə peşəkar ünsiyyət qurmalı, onların ehtiyaclarını düzgün müəyyən etməli və satış prosesini uğurla idarə etməlidir.
Vəzifə öhdəlikləri
Müştərilərlə peşəkar ünsiyyət qurmaq və onları düzgün istiqamətləndirmək;
Avtomobillər haqqında ətraflı məlumat təqdim etmək;
Satış prosesini əvvəldən sona qədər idarə etmək;
Müştəri məmnuniyyətini təmin etmək;
Şirkətin satış hədəflərinə nail olunmasına töhfə vermək.
Namizədə tələblər
Satış sahəsində təcrübə və ya satış prinsipləri haqqında bilik;
Çin avtomobilləri barədə məlumatlı olmaq;
Güclü ünsiyyət və təqdimat bacarığı;
Məsuliyyətli, dürüst və nəticəyönümlü olmaq;
Komandada işləmək bacarığı;
Çin dilini bilən namizədlərə üstünlük verilir.
Əmək haqqı
Sabit maaş: 500 AZN
Hər satılan avtomobilə görə əlavə bonus.
Qazanc potensialı: Bonus sistemi sayəsində aylıq gəlir 1.500+ AZN və daha çox ola bilər.
Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. CV-də qeyd olunan əlaqə nömrəsinin aktiv (işlək) olması mütləqdir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
