UnityFood LTD Satıcı-kassir
Posted 14 h ago Source ↗
Category Customer Service
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Satıcı-kassir
Unityfood LTD MMC komandamızı genişləndirir!
Əgər siz gülərüz, ünsiyyətcil, məsuliyyətli, satış sahəsində təcrübəli və müştəri məmnuniyyətini hər zaman ön planda tutan bir mütəxəssissinizsə, sizi Unityfood ailəsinin bir parçası olmağa dəvət edirik.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 600 AZN (NETT)
Vəzifə öhdəlikləri
- Müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq, keyfiyyətli xidmət göstərmək;
- Məhsullar haqqında ətraflı məlumat vermək və satış prosesini effektiv şəkildə həyata keçirmək;
- Kassa əməliyyatlarını dəqiq və operativ icra etmək;
- Nağd, bank kartı və POS-terminal vasitəsilə ödənişləri qəbul etmək;
- Günlük kassa hesabatlarını hazırlamaq və təhvil vermək;
- Vitrinlərin səliqəli saxlanılmasına, qiymət etiketlərinin düzgünlüyünə və məhsulların son istifadə tarixlərinə nəzarət etmək;
- Mağazada təmizlik və nizam-intizamın qorunmasına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər
- Təhsil: Orta və ya orta ixtisas təhsili
- Qida və pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Gülərüz, nəzakətli və yüksək ünsiyyət bacarığı;
- Satış və müştəri xidməti sahəsində işləmək həvəsi;
- Kassa aparatı və POS-terminal ilə işləmək bacarığı;
- Məsuliyyətli, dürüst, operativ və komandada işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq (rus dili biliyi üstünlük hesab olunur).
Biz təklif edirik
- Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
- Vaxtında ödənilən əmək haqqı;
- Mehriban və peşəkar kollektiv;
- Karyera yüksəlişi və inkişaf imkanları;
- Stabil və uzunmüddətli iş mühiti.
Unityfood LTD MMC olaraq, peşəkar komandamızın bir üzvü olmaq istəyən namizədləri müraciət etməyə dəvət edirik.
Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində mövzu hissəsində "Satıcı-kassir" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
U 

UnityFood LTD