Milli Kibertəhlükəsizlik Agentliyi Satınalma və İnzibati şöbə rəhbəri
Posted 15 h ago Source ↗
Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətini planlaşdırmaq, təşkil və idarə etmək;
- Qurumun illik satınalma planının hazırlanmasını və icrasını təmin etmək;
- Dövlət satınalmalarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkil edilməsinə rəhbərlik etmək;
- Satınalma prosedurlarının qanunvericiliyin tələbinə uyğun həyata keçirilməsini təmin etmək;
- Texniki tapşırıqların, tender sənədlərinin və müqavilələrin hazırlanması prosesini koordinasiya etmək;
- Satınalma müqavilələrinin icrasına nəzarət etmək və təchizatçılarla münasibətləri idarə etmək;
- İnzibati işlərin, o cümlədən ofis təsərrüfatı, inventar, nəqliyyat, kommunal xidmətlər və digər inzibati proseslərin idarə olunmasını təmin etmək;
- Şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Şöbə əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, inkişafını dəstəkləmək və iş bölgüsünü həyata keçirmək;
- Satınalma və inzibati fəaliyyət sahəsində riskləri müəyyən etmək və onların minimuma endirilməsi üçün tədbirlər görmək.
Tələblər:
- Ali təhsil;
- Satınalma və ya inzibati idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi;
- Dövlət və ya publik hüquqi şəxslərdə iş təcrübəsi mütləqdir;
- "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununu və satınalmaları tənzimləyən digər normativ hüquqi aktları dərindən bilməli;
- Elektron satınalma sistemi ilə işləmək bacarığı;
- İnzibati idarəetmə və təsərrüfat fəaliyyətinin təşkili üzrə praktiki təcrübə;
- İngilis dili biliyi.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Milli Kibertəhlükəsizlik Agentliyi