Sığortalı.az Satış Meneceri
About this role
Şirkətimiz komandamıza ambisiyalı, enerjili, nəticəyönümlü və sosial media platformalarından aktiv istifadə edən Satış Menecerləri dəvət edir. Əgər insanlarla həm canlı, həm də onlayn ünsiyyət qurmaq sizin güclü tərəfinizdirsə, bu vakansiya məhz sizin üçündür!
📌 Əsas Vəzifələr:
Müştərilərlə peşəkar ünsiyyətin qurulması (həm ofis daxili, həm də rəqəmsal kanallarla).
Sosial media platformaları (Instagram, Facebook və s.) üzərindən gələn müştəri sorğularının operativ və peşəkar şəkildə cavablandırılması.
Məhsul və xidmətlərin həm ənənəvi, həm də onlayn platformalarda yüksək səviyyədə təqdimatı və satışı.
Satış prosesinin və müştəri bazasının effektiv idarə olunması.
Sosial media kanallarının potensialından istifadə edərək yeni müştərilərin cəlb edilməsi.
Satış hədəflərinin uğurla icrası.
🎯 Namizəddən Gözləntilər:
Güclü ünsiyyət, təqdimat və onlayn yazışma (chat) mədəniyyəti.
Sosial media trendlərini izləyən və rəqəmsal platformalarda aktiv olan.
Satış sahəsində təcrübə (üstünlükdür, xüsusilə onlayn satış təcrübəsi olanlara üstünlük veriləcək).
Məsuliyyətli, intizamlı və hədəfyönümlü yanaşma.
Komandada işləmə bacarığı.
Fiks əməkhaqqı + yüksək bonus sistemi (Satışlarınızdan asılı olaraq limitsiz qazanc imkanı).
Peşəkar inkişaf və karyera yüksəlişi.
Qeyd: Vəzifə öhdəliklərinə video çəkiliş və ya montaj daxil deyildir (bu işlər üçün ayrıca komandamız mövcuddur). Əsas diqqət sosial media üzərindən gələn müraciətlərin satışa çevrilməsinə yönəldiləcəkdir.
Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
