IBİInlingua Baku İsveçrənin Beynəlxalq Dil Mərkəzi

Satış məsləhətçisi

Bakı Posted 2 h ago Source
Full-time 1–3 years Sales
Monthly salary
₼700 – 1,200
Application deadline
29 noyabr 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş barədə məlumat:

İnlingua Baku Azərbaycanda fəaliyyət göstərən qabaqcıl və müasir dil məktəbidir. İnlingua beynəlxalq dil tədris təşkilatı 1968-ci ildə İsveçrənin Bern şəhərində yaradılmışdır. Mərkəzin dünyada 40-dan çox ölkədə 300-dən artıq filialı var.

Vəzifə öhdəlikləri:

• Şirkətin əlaqə nömrəsinə daxil olan zənglərə cavab vermək;

• Gələn müraciətləri yönləndirmək;

• Sosial şəbəkə və sayt üzərindən gələn sorğulara cavab vermək və məlumat vermək;

• Müraciət edən şəxsləri mərkəzə imtahan üçün gəlməyə təşviq etmək;

• Daxil olan müştərilərlə imtahan və səviyyə təyini prosesini təşkil etmək;

• Uyğun proqram və qrup üzrə təklif təqdim etmək, müqavilə bağlamaq;

• Satış prosesini tam olaraq idarə etmək və nəticələndirmək;

• Müştəri məlumatlarını CRM sisteminə daxil etmək və izləmək.

Bizimlə işləməyin üstünlükləri:

• Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;

• İnkişaf edən dil mərkəzində peşəkar komanda ilə çalışma imkanı;

• Karyera və şəxsi inkişaf üçün geniş perspektivlər;

• Dəstəkverici, beynəlxalq və çoxmədəniyyətli iş mühiti;

• Təhsil sahəsində real nəticələrə və tələbələrin uğurlarına töhfə vermək imkanı.

Tələblər:

Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 22 - 40
Namizədə tələblər:

• Təhsil və ya satış sahəsində minimum 1 il iş təcrübəsi;

• Səlis Azərbaycan dili (ingilis və rus dillərindən birini bilməsi üstünlükdür);

• Ünsiyyət və inandırma bacarığı yüksək səviyyədə olmalı;

• Dəqiq, məsuliyyətli və nəticəyönümlü olmalı;

• Komandada işləmə və aktiv mühitə uyğunlaşma bacarığı.
IBİ
Inlingua Baku İsveçrənin Beynəlxalq Dil Mərkəzi

Similar jobs

See all
Apply