M MaffinMaffin

Satış Məsləhətçisi (Telesales / Digital Solutions)

Posted 19 h ago Source
IT
Monthly salary
Salary negotiable
Application deadline
19 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Maffin.tech (www.maffin.az ) 15 ildən çox təcrübəsi ilə müəssisələr üçün HRM, ERP, davamiyyətə nəzarət və süni intellekt əsaslı rəqəmsal həllər təqdim edir.

Komandamıza telefon satışında aktiv və nəticəyönümlü Satış Məsləhətçisi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Potensial korporativ müştərilərlə telefon, WhatsApp, e-mail və digər onlayn kanallar vasitəsilə ilk əlaqəni qurmaq;

  • Məhsul və xidmətlərimizi təqdim etmək, görüşlər təyin etmək və satış prosesini idarə etmək;

  • Müştərinin ehtiyacını müəyyən edərək uyğun həlli təklif etmək;

  • Müştəri məlumatlarını CRM-də qeyd etmək və gündəlik hesabat vermək.

Tələblər

  • Satış və ya telesatış sahəsində təcrübə üstünlükdür;

  • Güclü ünsiyyət və inandırma bacarığı;

  • Azərbaycan dilində səlist danışıq (Rus və ya İngilis dili üstünlükdür);

  • Aktiv, məsuliyyətli və satış hədəflərinə fokuslanan olmaq;

  • Təcrübəsi olmayan, lakin satış bacarığına güvənən və öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.

Biz nə təklif edirik?

  • 5 günlük iş qrafiki (Şənbə və Bazar istirahət);

  • Bütün bayramlarda ödənişli istirahət;

  • Fix+(təcrübədən asılı olaraq) + yüksək satış bonusları;

  • Rəsmi əmək müqaviləsi;

  • ERP, HRM, AI və digər korporativ texnologiya məhsulları üzrə praktiki bilik və təcrübə qazanmaq imkanı;

  • Satış, danışıqlar və rəqəmsal həllər üzrə davamlı təlim və peşəkar inkişaf dəstəyi;

  • Qısa müddətdə Satış Lideri (Sales Team Lead) vəzifəsinə yüksəlmə imkanı;

  • Gələcəkdə şirkət daxilində digər sahələrə keçid və inkişaf imkanı;

  • Müasir və rəqəmsallaşmış iş mühiti.

CV-nizi [email protected] elektron poçt ünvanına (mövzu: "Telesales Satış Məsləhətçisi") göndərin və ya 077 220 67 67 nömrəsi ilə vatsap və zəng vasitəsilə bizimlə əlaqə saxlayın.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.

Similar jobs

See all
Call