CC
- Category
- Customer Service
About this role
CELT Colleges Xətai filialı komandasına həftəsonları (şənbə və bazar günləri) çalışacaq enerjili və nəticəyönümlü Satış Mütəxəssisi axtarır. Əsas məqsədiniz övladlarının ingilis dili öyrənməsini və xaricdə təhsil almasını istəyən valideynlərə xidmət və məhsullarımızı təqdim edərək satışları artırmaqdır.
İş qrafiki: Şənbə və Bazar, saat 10:00 – 20:00
Vəzifə öhdəlikləri
- Filiala müraciət edən və zəng edən valideynlərlə peşəkar ünsiyyət qurmaq;
- CELT-in ingilis dili kurslarını və xaricdə təhsil xidmətlərini valideynlərə təqdim etmək və satmaq;
- Valideynlərin tələbatını müəyyən edərək uyğun proqramı tövsiyə etmək;
- Müraciətləri qeydiyyata almaq, müştəri bazasını idarə etmək və müştərilərlə əlaqəni davam etdirmək;
- Satış hədəflərinə çatmaq və satış göstəricilərini gündəlik hesabatla təqdim etmək;
- Filialda səliqəli, mehriban və müsbət atmosfer yaratmaq.
Namizədə tələblər
- Güclü ünsiyyət və inandırma bacarıqları;
- Satış sahəsində təcrübə üstünlükdür (təcrübəsiz, lakin motivasiyalı namizədlərə də baxılır);
- Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dili biliyi üstünlükdür;
- Nəticəyönümlü, məsuliyyətli və komandada işləmək bacarığı;
- Həftəsonları (şənbə və bazar) tam ştat işləmək imkanı.
İş şəraiti və əmək haqqı
- İş yeri: CELT Colleges, Xətai filialı;
- İş qrafiki: şənbə və bazar günləri, saat 10:00 – 20:00;
- Əmək haqqı: sabit baza maaşı + satışdan faiz (bonus). Yekun gəlir namizədin satış bacarıqlarından və nəticələrindən asılı olaraq dəyişir;
- Peşəkar mühitdə inkişaf və təlim imkanları;
- Mehriban və dəstəkləyici komanda.
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində “Satış Mütəxəssisi – Həftəsonu” qeyd edin.
Komandamıza qoşulun və karyeranıza CELT ilə başlayın!