- Category
- Customer Service
About this role
İş şəraiti
- İş yeri: Azərbaycan, Sumqayıt
- İş qrafiki: 5 günlük iş həftəsi, saat 08.00-17.00
- İstirahət günləri: Şənbə,bazar günləri və qanunvericilikdə nəzərdə tutulmuş hüzn günü və bayram günləri
Assan Panel dayanıqlı binalar üçün geniş çeşiddə məhsullar istehsal edir. Fəaliyyət göstərdiyi sektorda aşkar şəkildə qabaqcıl yerdə olan Assan Panel poliuretan dolğulu panellər, yanğına qarşı müqavimətə malik PIR və daş yunu dolğulu, soyuducu anbarlar, dam və divarlar üçün sendviç panel məhsulları, müxtəlif layihələr üçün istehsal etdiyi yardımçı vasitələrlə dayanıqlı və ekoloji təmiz binaların inşaa edilməsində töhfə verməkdədir.
Şirkətin istehsal etdiyi məhsulların satışının artırılması məqsədilə yerli və xarici bazarların təhlilini aparmaq, bazar tələbatını, rəqibləri və inkişaf imkanlarını araşdırmaq.
- Satış strategiyalarının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş aylıq, rüblük və illik satış planlarının icrasını təmin etmək.
- Yeni müştərilərin cəlb edilməsi, mövcud müştəri portfelinin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasını təmin etmək.
- Müştərilərdən daxil olan sifarişlərə uyğun istehsalat və logistika bölmələri ilə koordinasiyanı təmin edərək sifarişlərin vaxtında icrasına nəzarət etmək.
- Yerli və xarici müştərilər, distribyutorlar və tərəfdaşlarla işgüzar danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanmasında iştirak etmək.
- Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
- İxrac əməliyyatları üzrə sənədləşmə işlərini həyata keçirmək və məhsulların xarici bazarlarda satış prosesini koordinasiya etmək.
- Müştəri məmnuniyyətini mütəmadi olaraq qiymətləndirmək, bazardan gələn rəyləri təhlil etmək və rəhbərliyə təkliflər təqdim etmək.
- Şirkətin məhsullarının tanıdılması məqsədilə sərgilərdə, biznes görüşlərində və təqdimatlarda iştirak etmək.
- Satış göstəricilərini təhlil etmək, dövri hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək.
- Satış prosesində şirkətin kommersiya maraqlarını qorumaq və korporativ standartlara riayət olunmasını təmin etmək.
- Sürücülük vəsiqəsinin olması və respublika hüdudlarından kənara çıxma imkanının olması
Şəxsi keyfiyyətlər
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Müştəri yönümlü düşüncə və xidmət keyfiyyətinə diqqət
- Analitik düşünmə və bazar təhlili bacarığı
- Nəticəyönümlü və satış hədəflərinə fokuslanma
- Məsuliyyətli, dəqiq və disiplinli yanaşma
- Komanda ilə effektiv işləmə bacarığı
- Stress altında düzgün qərarvermə və çeviklik
- Təşəbbüskar və inkişaf yönümlü olmaq
Dil və kompüter bilikləri
- Xarici dillər: İngilis dili və Rus dili – rəsmi yazışmaların aparılması və ilkin işgüzar danışıqların aparılması üzrə yaxşı səviyyə
- Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint, Outlook – yaxşı səviyyə)
Namizədə olan tələblər:
- Ali təhsil;
- Dillər: İngilis dili, Rus dili (yaxşı səviyyədə)
- Xarici dillər: İngilis dili və Rus dili – rəsmi yazışmaların aparılması və ilkin işgüzar danışıqların aparılması üzrə yaxşı səviyyə
- Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint, Outlook – yaxşı səviyyə)
- Güclü ünsiyyət və insanlarla işləmək bacarığı
- Konfliktlərin idarə edilməsi və problem həll etmə
- Analitik düşüncə və düzgün qərarvermə
- Məsuliyyətlilik və məxfilik
- Liderlik və komanda idarəetmə bacarığı
- Təşkilatçılıq və planlama bacarığı
- Əmək qanunvericiliyi üzrə biliklər
- Stress altında işləmə və adaptasiya bacarığı
Digər məlumatlar:
- Şirkət tərəfindən servis xidməti ilə təmin olunma;
- Şirkət hesabına gündəlik nahar təminatı;
- Korporativ mobil nömrə və danışıq paketi;
- Geniş əhatəli illik tibbi sığorta paketi;
- Böyük, nüfuzlu və dinamik inkişaf edən şirkətdə karyera qurmaq imkanı;
- Əmək haqqı namizədin peşəkar bilik, bacarıq və iş təcrübəsi nəzərə alınaraq müsahibə nəticələrinə əsasən qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.
Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, Satış üzrə Baş Mütəxəssisin vakansiyanın adını qeyd etməklə CV-inizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.