IB International BOKTInternational BOKT

Satış üzrə qrup rəhbəri

Posted 1 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
27 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Yeni açılacaq filiallarımızda yeni motivasiya ilə çalışmaq istəyən mütəxəssislərin nəzərinə!

Filiallar: Bakı filialları üzrə, Sumqayıt, Binəqədi, Astara, Cəlilabad, Lənkəran, Mingəçevir, Masazır, Sabirabad, Salyan, Tovuz və Xaçmaz

Vəzifə öhdəlikləri:

  • Kredit mütəxəssislərindən ibarət qrupun fəaliyyətini təşkil və koordinasiya etmək;

  • Qrup üzrə satış planlarının icrasını təmin etmək və nəticələrə nəzarət etmək;

  • Kredit müraciətlərinin ilkin təhlilini aparmaq və kredit prosesinə nəzarət etmək;

  • Kredit portfelinin keyfiyyətini izləmək və problemli kreditlərin idarə olunmasını təşkil etmək;

  • Yeni müştərilərin cəlb olunmasını və mövcud müştəri bazasının inkişafını təmin etmək;

  • Qrup üzvlərinin iş fəaliyyətini qiymətləndirmək, onların peşəkar inkişafını və motivasiyasını dəstəkləmək;

  • Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;

  • Fəaliyyət üzrə hesabatları hazırlamaq və filial rəhbərliyinə təqdim etmək.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat, idarəetmə və ya digər uyğun ixtisas üzrə ali təhsil;

  • Bank və ya bank olmayan kredit təşkilatında minimum 2 il iş təcrübəsi;

  • Kredit məhsulları və kredit risklərinin idarə olunması sahəsində biliklər;

  • Satış və komanda idarəetməsi bacarıqları;

  • Analitik düşünmə, liderlik, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;

  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı

  • MS Office proqramlarında işləmək bacarığı.

Təşkilat təklif edir:

  • Rəqabətqabiliyyətli əmək haqqı;

  • Bonus və motivasiya sistemi;

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

İş qrafiki:

Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Müraciət qaydası:

Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

E-poçtun mövzu hissəsində müraciət etdikləri filialın adı qeyd edilməlidir.

Məsələn: "Satış üzrə Qrup rəhbəri – Lənkəran" və ya "Satış üzrə Qrup rəhbəri – Mingəçevir".

IB International BOKT
International BOKT
Maliyyə və sığorta fəaliyyəti

"INTERNATIONAL" Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti 21.05.2013 - ci il tarixində BKT - 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir . Həmin tarixdən etibarən…

Similar jobs

See all