A
Monthly salary
Salary negotiable
- Category
- Healthcare
About this role
İş yeri: Azerfloat QSC/ Sumqayıt Kimya Sənaye Parkı
Vəzifə və Öhdəlikləri:
- Azot istehsalı stansiyasının (ASU) texnoloji rejimə uyğun idarə edilməsi, proses parametirlərinin davamlı izlənilməsi və avadanlıqların stabil iş rejiminin təmin edilməsi
- Hidrogen istehsalı avadanlıqlarında temperatur, təzyiq, sərfiyyat və digər texnoloji parametirlərin mütəmadi monitorinqi, yaranan nasazlıqların operativ aşkar edilərək aradan qaldırılması
- Kompressor stansiyasının təhlükəsiz və fasiləsiz işinin təmin olunması, kompressor və köməkçi avadanlıqların iş rejiminə nəzarət edilməsi
- Soyutma su stansiyasında su analizlərinin aparılması, analiz nəticələrinə uyğun olaraq tələb olunan kimyəvi reagentlərin dozalanması və su kimyasının nəzarətdə saxlanılması
- SO₂ stansiyasında qaz axınının və texnoloji parametirlərin tənzimlənməsi, normal əməliyyat rejiminin qorunub saxlanılması
- DCS/SCADA və sahə avadanlıqları vasitəsilə proses göstəricilərinin izlənilməsi və qeydiyyatının aparılması
- Təhlükəsizlik, əməyin mühafizəsi və istehsalat prosedurlarına uyğun fəaliyyət göstərilməsi
- Avadanlıqlarda yaranan nasazlıqlar barədə aidiyyəti şöbələrə məlumat verilməsi və texniki heyətlə koordinasiyalı işin təşkili
- Növbə jurnallarının və əməliyyat hesabatlarının düzgün aparılması
Namizəd üçün tələblər:
- Peşə ixtisası və ya ali texniki təhsil (Kimya mühəndisliyi,Neft-qaz avadanlıqları, Mexanika, Sənaye mühəndisliyi)
- İstehsalat və ya sənaye avadanlıqlarının istismarı sahəsində 1-3 il iş təcrübəsi
- Texnoloji parametrlərin (temperatur, təzyiq, sərfiyyat və s.) izlənilməsi bacarığı;
- DCS/SCADA və ya digər idarəetmə sistemləri ilə işləmək bacarığı;
- Avadanlıqlarda yaranan nasazlıqların aşkar edilməsi və məlumatlandırılması bacarığı;
- Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydalarını bilmək;
- Məsuliyyətli olmaq və növbəli iş rejimində işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: növbəli;
- İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
- Nahar əvəzi əlavə ödəniş verilir;
- Tibbi sığorta;
- Servis;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Sənaye qazları istehsalı üzrə operator” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.