AAS
Amina and S Group

Sənədlərə nəzarət üzrə mütəxəssis

Posted 15 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Category
HR

About this role

Vəzifə və öhdəliklər:

  • Sənədlərə effektiv nəzarətin təmin edilməsi məqsədilə Sənəd İdarəetmə Sisteminin tətbiqi və gündəlik fəaliyyətinin dəstəklənməsi; 
  • Mühəndislik çertyojları və prosedurlar daxil olmaqla layihə sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi; 
  • Sifarişçi rəylərinin qəbul edilməsi və aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi; 
  • Sifarişçi ilə Podratçı arasında sistemli sənəd mübadiləsinin həyata keçirilməsi, idarə olunması və nəzarət edilməsi; 
  • Məktublar, Texniki Sorğular (TQ) və İclas Protokolları (MOM) daxil olmaqla layihə sənədlərinin göndərilməsi və qeydiyyatının səmərəli şəkildə idarə olunması; 
  • Layihənin bütün mərhələlərində sənəd nəzarəti sisteminin effektiv fəaliyyətinin təmin edilməsi; 
  • Dizayn və mühəndislik mərhələlərində bütün layihələr üzrə sənəd nəzarəti prosedurları və standartlarının tətbiqinə və onlara uyğunluğun təmin edilməsinə dəstək göstərilməsi; 
  • Gecikmiş sənədlərin izlənilməsi və cavabdeh mühəndislər tərəfindən tapşırıqların müəyyən olunmuş müddətlərdə tamamlanmasının təmin edilməsi; 
  • Sənəd versiyalarına nəzarətin təmin edilməsi və dəyişikliklərin izlənilməsi; 
  • Sənədlərin identifikasiyasının və standart şablonlara, eləcə də formatlara uyğunluğunun təmin edilməsi; 
  • Sifarişçi auditləri zamanı sənəd nəzarəti sisteminin təkmilləşdirilməsinə dəstək göstərilməsi, uyğunluğun və proses səmərəliliyinin artırılmasına töhfə verilməsi; 
  • Layihə sənədlərinin layihənin başlanğıcından bağlanış mərhələsinə qədər idarə olunması; 
  • Layihənin təhvil-təslim prosesinin hazırlanması və icrası, bütün sənədlərin sifarişçiyə və ya növbəti layihə mərhələsinə tam və düzgün şəkildə ötürülməsinin təmin edilməsi; 
  • Layihə sənədlərinin saxlanılması, arxivləşdirilməsi və layihənin bağlanış prosesinin təşkilinin həyata keçirilməsi; 
  • Sənəd dövriyyəsinin uçot və nəzarət işinin təşkili, sənədlərin icra prosesi və müddətlərinə nəzarət edilməsi, uyğunsuzluq halları barədə rəhbərliyin məlumatlandırılması; 
  • Sənədlərin təhlükəsizliyinin ehtiyat nüsxələrin saxlanılması və arxivləşdirmə vasitəsilə təmin edilməsi; 
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların düzgün və aktual şəkildə təsnifləşdirilməsinin, həmçinin dövriyyədə olan sənədlərlə bağlı məlumatların düzgün ötürülməsi və qəbul edilməsinin təmin edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Qeyd olunan sahədə azı 2-4 il iş təcrübəsi;
  • Azərbaycan dili əla, İngilis dili səlist bilməli;
  • Yaş həddi: 25-45;
  • MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.

İş şəraiti: 

  • Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
  • Həftədə 2 gün istirahət.

Əmək Haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək.

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Similar jobs

: