PI
PASHA Insurance

Sənədlərin idarə olunması şöbəsinin kiçik mütəxəssisi (Reception)

Posted 19 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Hospitality

About this role

PAŞA Sığorta ASC namizədləri Sənədlərin idarə olunması şöbəsinin kiçik mütəxəssisi (Reception) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Sənədlərin idarə olunması şöbəsinin kiçik mütəxəssisi sənəd dövriyyəsinin təşkili və idarə olunması, daxili və xarici korrespondensiyaların düzgün və təhlükəsiz şəkildə yönləndirilməsi, əməkdaşlar və qonaqlar üçün yüksək səviyyəli qarşılanma və informasiya təminatı, həmçinin şirkətin məxfi məlumatlarının qorunması üzrə məsuliyyət daşıyır. Bu vəzifə təşkilati proseslərin səmərəliliyinin və xidmət keyfiyyətinin artırılmasına mühüm töhfə verir.

Öhdəliklər

  • Şirkətə daxil olan xidməti sənədləri və digər korrespondensiyaları qəbul etmək, ünvanların düzgünlüyünü və zərflərin salamatlığını yoxlamaq, qeydiyyatını aparmaq və aidiyyəti üzrə təhvil vermək
  • Zərfə səhv qoyulmuş sənədləri geri qaytarmaq və ya göndərənin razılığı ilə müvafiq tədbirlər görmək
  • Sənədləri göndərmək üçün hazırlamaq, zərflərə yerləşdirmək, qaimələri yazmaq və konvertlərə tikmək, məktubları kuryer şirkətinə təqdim etmək
  • Əməkdaşları və qonaqları qarşılayıb, yönləndirmək və lazım gəldikdə müşayiət etmək
  • Yaranan sualları aidiyyəti üzrə araşdırmaq və məlumat vermək
  • Müraciətləri qeydə almaq və lazım gəldikdə hesabat təqdim etmək
  • Sənədlərin məxfiliyi və təhlükəsizlik tələblərinə riayət etmək
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək

Bilik və Bacarıqlar

  • Ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Gülərüzlük və peşəkar davranış
  • Dəqiqlik və məsuliyyətlilik
  • Stresli vəziyyətləri idarə edə bilmək və tez reaksiya göstərmək
  • Öz fikirlərini aydın ifadə etmək
  • Sığorta qanunvericiliyi üzrə baza bilikləri
  • Gözəl xarici görünüş
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada işləmək imkanı
  • Şəxsi və peşəkar inkişaf üçün geniş imkanlar
  • Fərqli layihələrdə iştirak və yeni biliklər əldə etmək imkanı
  • Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Similar jobs

: