MD MEC Design MMCMEC Design MMC

Sənədlərlə iş üzrə mütəxəssis / Document Controller

Posted 16 h ago Source
HR
Monthly salary
Salary negotiable
Application deadline
22 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə Öhdəlikləri

  • Bütün daxil olan və göndərilən layihə və şirkət sənədlərinin qeydiyyatını, izlənməsini və nəzarətini həyata keçirmək.
  • Şirkət tərəfindən müəyyən edilmiş sənəd formatlarına, nömrələmə sistemlərinə və sənəd mübadiləsi standartlarına uyğunluğu təmin etmək.
  • ISO 9001 və daxili keyfiyyət idarəetmə tələblərinə uyğun olaraq sənəd nəzarəti prosedurlarını həyata keçirmək.
  • Sifarişçi, podratçılar və subpodratçılarla sənədləşmə proseslərini əlaqələndirmək, tələb olunan sənəd və şablonların vaxtında təqdim edilməsini təmin etmək.
  • Sifarişçi, podratçılara və subpodratçılara ümumi ötürmə (transmittal) sənədləri hazırlamaq və göndərmək.
  • Təsdiq edilmiş kodlaşdırma sisteminə uyğun olaraq sənədlərə nömrə və identifikasiya təyin etmək və düzgünlüyünə əmin olmaq.
  • Bütün təqdimatları (submittals) sistemə daxil etmək, izləmək və statuslarını yeniləmək.
  • Paylanma siyahılarını idarə etmək və sənədlərin dəyişiklik/versiya statusunu izləmək.
  • Təsdiq edilmiş layihə sənədlərini toplamaq, yoxlamaq, çap etmək, əlaqələndirmək, müvafiq şəkildə paylamaq və serverə/sistemə yükləmək.
  • Tələb olunan formatda sənəd yoxlama və status hesabatlarını (məsələn, Aconex vasitəsilə) hazırlamaq.
  • Daxil olan və göndərilən sənədləri müvafiq qovluqlarda/sistemlərdə yoxlamaq, nəzarətdə saxlamaq və arxivləşdirmək.
  • Tanışlıq/təhvil-təslim görüşlərini təşkil etmək, iştirak etmək və görüş protokollarını hazırlamaq.
  • Layihənin təhvil-təslimi zamanı düzgün sənədləşmə prosedurlarının həyata keçirilməsini təmin etmək.
  • ACONEX, BIW (Building Information Warehouse) və QNAP kimi sənəd idarəetmə platformalarında işləmək.

Tələblər

  • Layihə əsaslı və ya mühəndislik/tikinti sahəsində Sənəd Nəzarətçisi kimi sübut edilmiş iş təcrübəsi(mütləqdir)
  • ISO 9001 sənəd nəzarəti prinsipləri üzrə biliklər.
  • ACONEX, BIW və ya digər ekvivalent EDMS platformalarında praktiki iş təcrübəsi(mütləqdir).
  • Yüksək diqqətlilik və dəqiqliklə seçilən güclü təşkilatçılıq bacarıqları.
  • Sənədləşmə məsələləri üzrə sifarişçilər, podratçılar və subpodratçılarla əlaqələndirmə təcrübəsi.
  • AutoCAD Microsoft Office proqramlarında və ümumi ofis idarəetmə vasitələrində bacarıq.
  • Yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları.

Əmək haqqı müsahibə əsasında namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin edilir.

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Sənəd nəzarəti üzrə mütəxəssis" qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
MD MEC Design MMC
MEC Design MMC

Similar jobs

See all
Apply