A AYESAYES

Senior Java Developer

Posted 1 d ago Source
IT
Monthly salary
Salary negotiable
Application deadline
19 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri

  • Java və Spring Boot texnologiyalarından istifadə edərək etibarlı, yüksək performanslı və genişlənə bilən back-end sistemlərin hazırlanması
  • REST API-lərin hazırlanması və mövcud sistemlərlə inteqrasiyası
  • Mövcud layihələrin inkişaf etdirilməsi və yeni funksionallıqların hazırlanması
  • Texniki həllərin hazırlanmasında və arxitektura qərarlarının verilməsində aktiv iştirak
  • Kod keyfiyyətinin təmin olunması, code review proseslərində iştirak və best practice-lərin tətbiqi
  • Junior və Middle developer-lərə texniki dəstək və mentorluq göstərmək
  • Texniki problemlərin operativ həlli və komandanın inkişafına töhfə vermək
  • Scrum mühitində sprint planlama və texniki müzakirələrdə iştirak
  • Layihələrin texniki istiqamətini mərhələli şəkildə üzərinə götürmək və komandanın texniki lideri kimi formalaşmaq

Tələb olunan bilik və təcrübə

  • Minimum 3 il Java inkişafı üzrə real iş təcrübəsi
  • Java və Spring Boot framework-ləri üzrə yaxşı bilik
  • REST API və mikroservis yanaşması üzrə təcrübə
  • PostgreSQL və ya digər SQL verilənlər bazaları ilə işləmə bacarığı
  • Git və code review prosesləri ilə işləmə təcrübəsi
  • OOP, Design Patterns və Clean Code prinsiplərini yaxşı bilməsi
  • Angular haqqında baza biliklərinin olması üstünlükdür
  • Docker və CI/CD haqqında ilkin biliklər üstünlükdür
  • Texniki sənədləri oxuya biləcək səviyyədə ingilis dili

Biz kim axtarırıq?

Bizə sadəcə tapşırıq icra edən developer yox, məsuliyyət götürən və gələcəkdə komandanın texniki liderinə çevrilə biləcək biri lazımdır.

Namizəddən gözləntilərimiz:

  • Problemlərə sahib çıxan və həll yolları təklif edən
  • Komandanın texniki inkişafına töhfə verən
  • Junior developer-ləri istiqamətləndirə bilən
  • Yeni texnologiyaları öyrənməyə açıq olan
  • Məsuliyyətli, sistemli və nəticəyönümlü düşünən
  • Vaxt keçdikcə layihələrin texniki idarəçiliyini üzərinə götürə biləcək

İş şərtləri

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–17:00
  • Əmək müqaviləsi: Rəsmi
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək

Biz nə təklif edirik?

  • Real və maraqlı layihələrdə iştirak
  • Süni intellekt, ERP, CRM və inteqrasiya layihələri üzərində işləmək imkanı
  • Peşəkar və inkişafyönümlü komanda
  • Texniki qərarlarda söz sahibi olmaq imkanı
  • Karyera inkişafı və texniki lider kimi formalaşmaq üçün geniş perspektiv

Maraqlanan namizədlər Müraciət et düyməsi vasitəsilə CV-lərini göndərə bilərlər.

Similar jobs

See all
Apply