A AzInTelecom MMCAzInTelecom MMC

Senior System Administrator

Posted 12 h ago Source
IT
Monthly salary
Salary negotiable
Application deadline
27 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Departament: İnformasiya texnologiyaları departamenti/İnformasiya texnologiyaları infrastrukturu şöbəsi/Sistem mühəndisliyi bölməsi

Vəzifə öhdəlikləri:

  • Təşkilatın server, virtualizasiya, bulud və data mərkəzi infrastrukturunun fasiləsiz, təhlükəsiz və yüksək əlçatanlıqla fəaliyyətinin təmin edilməsi;
  • Server, virtualizasiya və bulud infrastrukturunun idarə olunması, monitorinqi və performansının optimallaşdırılması;
  • İnfrastruktur komponentlərində yaranan kritik nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması;
  • Backup, replikasiya və Disaster Recovery həllərinin dəstəklənməsi, ehtiyat nüsxələmə və bərpa proseslərinin təmin edilməsi;
  • İnfrastrukturun inkişafı, dəyişikliklərin tətbiqi və digər İT komandaları ilə koordinasiyalı əməkdaşlıq;
  • On-call rejimində işləməyə, zərurət yarandıqda qeyri-iş saatlarında texniki müdaxilə etməyə və data mərkəzlərinə ezam olunmağa hazır olmaq;

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə);
  • Müvafiq sahə üzrə 4-5 il iş təcrübəsi;
  • Virtualizasiya və tenant-əsaslı bulud platformalarının istismarı və dəstəyi;
  • Hesablama resursları (compute), yaddaş sistemləri, SDN, SDS və obyekt əsaslı storage (S3) platformalarının idarə olunması;
  • Ehtiyat nüsxələmə (Backup) və Disaster Recovery həllərinin istismarı və dəstəyi;
  • Yüksək əlçatanlıq (HA) mühitlərinin saxlanılması və DR testlərində iştirak;
  • İnfrastrukturun performans və tutumunun monitorinqi və optimallaşdırılması;
  • Yeni texnologiyaların test edilməsi və PoC proseslərində iştirak;
  • İnfrastruktur modernləşdirilməsi və miqrasiya layihələrinin icrasında iştirak;
  • Təhlükəsizlik, audit və compliance tələblərinə uyğunluğun təmin edilməsi;
  • Vendorlarla texniki məsələlərin həlli və support proseslərində iştirak;
  • SLA tələblərinə uyğun xidmətlərin təmin edilməsi;
  • Texniki sənədlərin hazırlanması və yenilənməsi;
  • VMware və vCloud mühitlərində praktiki təcrübə;
  • Backup və replikasiya həlləri ilə iş təcrübəsi;
  • Disaster Recovery həllərinin tətbiqi və test edilməsində təcrübə;
  • Storage sistemləri və SAN/SDS/S3 texnologiyaları üzrə biliklər;
  • SDN/NSX və virtual şəbəkə texnologiyaları;
  • Fiziki server infrastrukturu və data-center əməliyyatları;
  • Linux və Windows serverlərinin administrasiyası;
  • Avtomatlaşdırma və skriptləmə (PowerShell, Bash, Python; Ansible/Terraform üstünlükdür);
  • Monitorinq və observability sistemləri ilə iş təcrübəsi;
  • Problemlərin diaqnostikası və root cause analysis bacarığı;
  • Analitik düşüncə və problem həlletmə bacarığı;
  • Güclü ünsiyyət və sənədləşdirmə bacarıqları;
  • Proaktiv və məsuliyyətli yanaşma;
  • Komanda ilə işləmə bacarığı;
  • Azərbaycan dili - səlis; İngilis dili - yaxşı; Rus dili - üstünlükdür.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

A AzInTelecom MMC
AzInTelecom MMC
İnformasiya və kommunikasiya

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri,…

Similar jobs

See all
Apply