AzInTelecom MMC Senior System Administrator
Work mode Full-time Experience 3–5 years Category IT
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Təşkilatın server, virtualizasiya, bulud və data mərkəzi infrastrukturunun fasiləsiz, təhlükəsiz və yüksək əlçatanlıqla fəaliyyətinin təmin edilməsi;
- Server, virtualizasiya və bulud infrastrukturunun idarə olunması, monitorinqi və performansının optimallaşdırılması;
- İnfrastruktur komponentlərində yaranan kritik nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması;
- Backup, replikasiya və Disaster Recovery həllərinin dəstəklənməsi, ehtiyat nüsxələmə və bərpa proseslərinin təmin edilməsi;
- İnfrastrukturun inkişafı, dəyişikliklərin tətbiqi və digər İT komandaları ilə koordinasiyalı əməkdaşlıq;
- On-call rejimində işləməyə, zərurət yarandıqda qeyri-iş saatlarında texniki müdaxilə etməyə və data mərkəzlərinə ezam olunmağa hazır olmaq;
Tələblər
- Virtualizasiya və tenant-əsaslı bulud platformalarının istismarı və dəstəyi;
- Hesablama resursları (compute), yaddaş sistemləri, SDN, SDS və obyekt əsaslı storage (S3) platformalarının idarə olunması;
- Ehtiyat nüsxələmə (Backup) və Disaster Recovery həllərinin istismarı və dəstəyi;
- Yüksək əlçatanlıq (HA) mühitlərinin saxlanılması və DR testlərində iştirak;
- İnfrastrukturun performans və tutumunun monitorinqi və optimallaşdırılması;
- Yeni texnologiyaların test edilməsi və PoC proseslərində iştirak;
- İnfrastruktur modernləşdirilməsi və miqrasiya layihələrinin icrasında iştirak;
- Təhlükəsizlik, audit və compliance tələblərinə uyğunluğun təmin edilməsi;
- Vendorlarla texniki məsələlərin həlli və support proseslərində iştirak;
- SLA tələblərinə uyğun xidmətlərin təmin edilməsi;
- Texniki sənədlərin hazırlanması və yenilənməsi;
- VMware və vCloud mühitlərində praktiki təcrübə;
- Backup və replikasiya həlləri ilə iş təcrübəsi;
- Disaster Recovery həllərinin tətbiqi və test edilməsində təcrübə;
- Storage sistemləri və SAN/SDS/S3 texnologiyaları üzrə biliklər;
- SDN/NSX və virtual şəbəkə texnologiyaları;
- Fiziki server infrastrukturu və data-center əməliyyatları;
- Linux və Windows serverlərinin administrasiyası;
- Avtomatlaşdırma və skriptləmə (PowerShell, Bash, Python; Ansible/Terraform üstünlükdür);
- Monitorinq və observability sistemləri ilə iş təcrübəsi;
- Problemlərin diaqnostikası və root cause analysis bacarığı;
- Analitik düşüncə və problem həlletmə bacarığı;
- Güclü ünsiyyət və sənədləşdirmə bacarıqları;
- Proaktiv və məsuliyyətli yanaşma;
- Komanda ilə işləmə bacarığı;
- Azərbaycan dili - səlis; İngilis dili - yaxşı; Rus dili - üstünlükdür.
A 

AzInTelecom MMC
İnformasiya və kommunikasiya
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri,…