IKMA Azerbaijan SƏTƏM Mühəndisi
Work mode Full-time Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- HSE sistemi: iş sağlamlığı, təhlükəsizlik və ətraf mühit (HSE) üzrə siyasət, prosedur və təlimatların hazırlanması, tətbiqi və mütəmadi yenilənməsi.
- İdarəetmə sistemləri: ISO 45001 (İş Sağlamlığı və Təhlükəsizliyi) və ISO 14001 (Ətraf Mühit) idarəetmə sistemlərinin tələblərinə uyğunluğun təmin olunması və daxili auditlərin aparılması.
- Sahə nəzarəti: quraşdırma, modernləşdirmə və texniki xidmət obyektlərində müntəzəm təhlükəsizlik yoxlamaları və sahə auditlərinin keçirilməsi.
- Risk idarəetməsi: risklərin qiymətləndirilməsi (Risk Assessment), iş təhlükəsizliyi analizi (JSA) və yüksək riskli işlər üçün icazə sistemi (Permit-to-Work) — hündürlükdə işlər, lift şaxtası/pit işləri və elektrik işləri üzrə.
- Hadisə araşdırması: hadisə və “az qala” (near-miss) halların araşdırılması, kök səbəb analizi (root cause) və korrektiv/preventiv tədbirlərin təyin edilib icrasının izlənməsi.
- FMV nəzarəti: fərdi mühafizə vasitələrinin (FMV / PPE) təmin olunmasına və düzgün istifadəsinə nəzarət.
- Təlim: işçilər üçün mütəmadi HSE təlimlərinin, işə giriş təlimatlarının və gündəlik təhlükəsizlik brifinqlərinin (toolbox talks) təşkili.
- Uyğunluq: korporativ standartlar, EN 81-20 / EN 81-50 lift təhlükəsizlik standartları və yerli qanunvericiliyə (AR Əmək Məcəlləsi, əməyin mühafizəsi normaları və s) uyğunluğun təmin edilməsi.
- Fövqəladə hallar: fövqəladə hallara hazırlıq planlarının hazırlanması, təxliyə və reaksiya məşqlərinin təşkili.
- Subpodratçılar: subpodratçıların HSE tələblərinə uyğunluğuna nəzarət və qiymətləndirmə.
- Hesabatlıq: HSE göstəricilərinin izlənməsi, hesabatların hazırlanması və rəhbərliyə mütəmadi təqdim edilməsi.
Xüsusi tələblər
- Təhsil: ali texniki təhsil (mühəndislik, əməyin mühafizəsi/sənaye təhlükəsizliyi, ekologiya və ya əlaqəli sahə).
- Təcrübə: HSE / əməyin təhlükəsizliyi sahəsində minimum 2–3 il iş təcrübəsi (tikinti, sənaye, quraşdırma və ya lift/eskalator sektoru üstünlük təşkil edir).
- Peşəkar biliklər: ISO 45001 və ISO 14001 idarəetmə sistemləri üzrə bilik; risklərin qiymətləndirilməsi, hadisə araşdırılması və HSE sənədləşdirilməsi üzrə praktiki bacarıq.
- Qanunvericilik: AR əməyin mühafizəsi qanunvericiliyi haqqında yaxşı bilik.
- Dil biliyi: Azərbaycan dili (səlis); İngilis dili ən azı orta səviyyə (beynəlxalq standartlar və texniki sənədlərlə işləmək üçün). Rus dili biliyi üstünlükdür.
- Kompüter: MS Office üzrə yaxşı bilik.
- Digər: B kateqoriyalı sürücülük vəsiqəsi və müxtəlif obyektlərə səfərlərə hazır olmaq.
Üstünlük sayılacaq
- NEBOSH, IOSH və ya ISO 45001 daxili auditor sertifikatı.
- Lift, eskalator və ya şaquli nəqliyyat (vertical transportation) sektorunda təcrübə.
- Hündürlükdə işlər və elektrik təhlükəsizliyi üzrə sertifikatlar.
IA 

IKMA Azerbaijan
Tikinti
2005-ci ildə Azərbaycanda əsası qoyulan “İKMA” şirkəti şaquli nəqliyyat vasitələri – lift və eskalatorların təchizatı, quraşdırılması və bu avadanlıqlara texniki xidmətin göstərilməsi ilə məşğuldur.…