AF ATS FoodATS Food

SƏTƏM mütəxəssisi

Posted 19 h ago Source
HR
Monthly salary
Salary negotiable
Application deadline
21 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi: 

  • Yeni işə qəbul olanlara, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmasını keçmək və qeydiyyatını aparmaq;
  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icrasına nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Qəzalar, hadisələr barəsində araşdırma komissiyasının işində iştirak etmək, qeydiyyat aparmaq və dərhal məlumat vermək;
  • Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin icrasına nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;
  • Yanğına qarşı ilkin mühafizə vasitələrinin yoxlanılması, yanğın siqnalizasiya sistemlərinin, yanğın su hidrantlarının, yanğın su  nasosu və quyularının saz vəziyyətdə saxlanılmasına nəzarətin, həmçinin onlara texniki qulluğun təşkili işlərini həyata keçirmək;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların qeydiyyatının aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq;
  • Mülki Müdafiə ilə bağlı sənədlərin hazırlanması və Mülki Müdafiə ilə bağlı tədbirlərin icrasını təşkil etmək;
  • Hündürlükdə, qapalı məkanlarda habelə digər təhlükə potensiallı işlərin təhlükəsiz icrasına dair Naryad Buraxılış hazırlanmasına nəzarət etmək və ehtiyac olduğu hallarda bu sahədə metodiki yardım göstərmək; 
  • Təhlükə potensiallı işlərin icrası zamanı “Fövqəladə Hal Planı”nın tətbiq edilməsinə nəzarət etmək;
  • Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq; 
  • İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
  • Qanunvericiliyə uyğun sənədləşmə prosesini həyata keçirmək;
  • İşçilər üçün maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimləri keçmək;
  • SƏTƏM xidməti üzrə mütəmadi hesabatları hazırlayıb, rəhbərliyə təqdim etmək;
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.

Namizədə aid tələblər:

  • Ali təhsil (Texniki sahə üzrə)
  • İstehsalat müəssisəsində ən azı 1 il təcrübə mütləqdir
  • Azərbaycan dili (əla), rus dili (orta), ingilis dili (orta)  
  • Microsoft Office proqramı üzrə biliklər 
  • Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik-bacarığna əsasən təyin olunur

Üstünlüklərimiz: 

  • Nahar 
  • Servis
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

AF ATS Food
ATS Food
Emal sənayesi

Müəssisə 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi…

Similar jobs

See all
Apply