A
Monthly salary
Salary negotiable
- Category
- Security
About this role
Təsvir
- Fındıq bağlarında əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydalarına əməl olunmasına nəzarət etmək.
- İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etməsini təmin etmək və buna nəzarət etmək.
- İş sahələrində təhlükəli vəziyyətləri müəyyən etmək və rəhbərliyə məlumat vermək.
- Təhlükəsizlik qaydalarının pozulması hallarını qeydə almaq və aradan qaldırılması üçün tədbirlər görmək.
- Yeni işçilərə təhlükəsizlik üzrə ilkin təlimatlandırmanın keçirilməsində iştirak etmək.
- Yanğın təhlükəsizliyi vasitələrinin mövcudluğuna və saz vəziyyətdə olmasına nəzarət etmək.
- Baş vermiş hadisə, qəza və insidentlər barədə məlumat toplamaq və hesabat hazırlamaqda iştirak etmək.
- İş sahələrinin təmizliyi və ekoloji tələblərə uyğunluğuna nəzarət etmək.
- Gündəlik monitorinqlər aparmaq və nəticələri müvafiq qaydada sənədləşdirmək.
- Rəhbərlik tərəfindən verilən digər SƏTƏM yönümlü tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali Təhsil (Mühəndislik üzrə ali təhsil üstünlükdür).
- Müvafiq sahə üzrə minumum 1 il iş təcrübəsi(Kənd təsərrüfatı sahələrində, xüsusilə bağçılıq və ya fındıq bağlarında iş təcrübəsinin olması üstünlük hesab olunur.)
- Aidiyyəti sahə üzrə beynəlxalq və ya yerli sertifikatların olması üstünlükdür.
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, istehsalat sanitariyası və yanğından mühafizə üzrə normativ biliklər
- Ətraf mühitin mühafizəsi və texniki təhlükəsizlik qanunvericiliyinə dair biliklər
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.