SƏTƏM üzrə mühəndis
Posted 23 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasını təşkil etmək və nəzarətdə saxlamaq;
- Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görmək;
- İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq;
- Subpodratçıların əməyin mühafizəsi tələblərinə əməl etməsinə nəzarət etmək;
- Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirləri təşkil etmək;
- Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının və aidiyyəti sənədlərin təminatına nəzarət etmək.
Namizədə tələblər:
- Şəxsi nəqliyyat vasitəsinin olması;
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- Fövqəladə Hallar və həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə Ali təhsil üstünlükdür;
- Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə iş təcrübəsi;
- Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər;
- Müvafiq sertifikatların olması üstünlükdür;
- Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı, Qaradağ r., Lökbatan qəs.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1300 AZN (+ 100 manat benzin pulu)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CC 
Capital Construction MMC
Tikinti