Mint Services MMCMint Services MMC

SƏTƏM üzrə mütəxəssis

Posted 3 w ago Source: azvak.az ↗
HR
Monthly salary
Salary negotiable
Application deadline
3 iyul 2026

About this role

Vəzifə öhdəlikləri:

  • İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;

  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icasına nəzarət etmək;

  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək;

  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.

  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin həyata keçirilməsi və icrasına nəzarət etmək;

  • Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;

  • Yanğına qarşı ilkin mühafizə vasitələrinin yoxlanılması, yanğın siqnalizasiya sistemlərinin, yanğın su hidrantlarının, yanğın su  nasosu və quyularının saz vəziyyətdə saxlanılmasını vaxtaşırı yoxlamaq;

  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq;

  • Hündürlükdə, qapalı məkanlarda habelə digər təhlükə potensiallı işlərin təhlükəsiz icrasına dair Naryad Buraxılış hazırlanmasına nəzarət etmək və ehtiyac olduğu hallarda bu sahədə metodiki yardım göstərmək; 

  • Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq; 

  • İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

  • Qanunvericiliyə uyğun sənədləşmə prosesinin həyata keçirmək;

  • İşçilər üçün maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimləri keçmək;

  • SƏTƏM xidməti üzrə mütəmadi hesabatları hazırlayıb, rəhbərliyə təqdim etmək;

  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;

  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;

  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.

Namizədə aid tələblər:

  • SƏTƏM üzrə ali təhsil vəya texniki təhsil

  • Əməyin mühafizəsi üzrə sertfikatlar vacibdir. 

  • İstehsalat müəssisəsində minimum 2-3 il təcrübə mütləqdir

  • Azərbaycan dili mükəmməl, Xarici dil biliyi üstünlükdür  

  • Microsoft Office proqramı üzrə biliklər 

  • Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə

  • İş qrafiki: 5 günlük; 9 saat

  • Əmək haqqı: 1100 AZN

  • İş yeri: Bakı şəhəri, Koroğlu və Ulduz metrosunun yaxınlığı

Uyğun namizədlər öz CV-lərini “SƏTƏM üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Mint Services MMC
Mint Services MMC

Similar jobs

See all