Uğur İndustry MMC SƏTƏMM üzrə mühəndis
About this role
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali texniki təhsili olmalı;
Müvafiq sahə üzrə 1-3 il əmək stajı olmalı;
Sahə üzrə tələb olunan sertifikatlar olmalı:
MS Office proqramları (Excel/Word, Outlook-la) ilə praktik işləmə bacarığı olmalı;
Diqqətli, çevik və məsuliyyətli olmalı;
Təhlil və analiz etmə qabiliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirmək;
İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı fəaliyyətləri həyata keçirmək;
İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasını həyata keçirmək;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasını təşkil etmək;
Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsini təşkil etmək;
Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasını həyata keçirmək;
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi tədbirləri həyata keçirmək;
Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq və rəhbərliyə təqdim etmək;
Vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilmək;
Təminatlar:
Nahar ilə təmin edilir.
İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
Korporativ nömrə ilə təmin edilir.
Əmək haqqı: Xalis: 1000-1200 AZN
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “SƏTƏMM üzrə mühəndis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
