D Datalead MMCDatalead MMC

Sistem Administratoru

Posted 1 d ago Source
IT
Monthly salary
Salary negotiable
Application deadline
19 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri

  • Windows və Linux serverlərinin quraşdırılması, konfiqurasiyası, idarə olunması və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
  • Windows Server (2012/2016/2019/2022) mühitinin idarə olunması.
  • Active Directory, Group Policy, DNS, DHCP və File Server xidmətlərinin qurulması və idarə olunması.
  • IIS, Apache və Nginx veb serverlərinin quraşdırılması, konfiqurasiyası və optimallaşdırılması.
  • PHP, ASP.NET və digər veb tətbiqlərinin serverlərdə yerləşdirilməsi (Deployment) və idarə olunması.
  • MSSQL Server və MySQL/MariaDB verilənlər bazalarının idarə olunması, ehtiyat nüsxələrinin alınması və yüksək əlçatanlıq (High Availability) həllərinin tətbiqi.
  • MSSQL Always On, Failover Cluster və digər klaster həllərinin qurulması və idarə olunması.
  • VMware ESXi, VMware vCenter və Hyper-V virtualizasiya platformalarının idarə olunması.
  • Veeam Backup & Replication sistemi vasitəsilə ehtiyat nüsxələmə, replikasiya, bərpa (Restore) və Disaster Recovery proseslərinin idarə olunması.
  • Cloud platformalarında (AWS, Microsoft Azure, Google Cloud və s.) virtual serverlərin yaradılması, konfiqurasiyası, idarə olunması və internet (Public) üzərindən əlçatanlığının təmin edilməsi.
  • Cloud infrastrukturunda Virtual Machine, VPC/VNet, Storage, Security Group/Firewall, Load Balancer, Public IP və DNS xidmətlərinin idarə olunması.
  • Cloudflare (DNS, Proxy, WAF, Cache və s.) xidmətlərinin idarə olunması.
  • SSL sertifikatlarının quraşdırılması, yenilənməsi və idarə olunması.
  • Reverse Proxy, Load Balancer və High Availability (HA) həllərinin tətbiqi.
  • Domen, Hosting, DNS və e-poçt xidmətlərinin idarə olunması.
  • 3CX IP PBX telefon sisteminin quraşdırılması, konfiqurasiyası və idarə olunması.
  • Serverlərin monitorinqi, performansının optimallaşdırılması və nasazlıqların operativ aradan qaldırılması.
  • Server təhlükəsizliyinin təmin edilməsi, istifadəçi hüquqlarının idarə olunması və audit proseslərinin həyata keçirilməsi.
  • Texniki sənədləşdirmənin aparılması və istifadəçilərə texniki dəstəyin göstərilməsi.

Namizədə tələblər

  • Windows və Linux server əməliyyat sistemləri üzrə minimum
  • IIS, Apache və Nginx veb serverləri ilə işləmək üzrə praktiki təcrübə.
  • Active Directory, Group Policy, DNS, DHCP və File Server xidmətləri üzrə biliklər.
  • MSSQL Server, MySQL/MariaDB, Always On və Failover Cluster həlləri üzrə biliklər.
  • VMware ESXi, VMware vCenter və ya Hyper-V virtualizasiya platformaları ilə işləmək təcrübəsi.
  • Veeam Backup & Replication sistemi ilə işləmək bacarığı.
  • Cloud platformaları (AWS, Microsoft Azure, Google Cloud və ya digər) ilə işləmək bacarığı.
  • Cloud infrastrukturunun iş prinsiplərini, Virtual Machine, VPC/VNet, Storage, Security Group/Firewall, Load Balancer, Public IP və DNS anlayışlarını bilmək.
  • Cloud mühitində virtual serverlərin yaradılması, konfiqurasiyası və internet (Public) üzərindən əlçatanlığının təmin edilməsi bacarığı.
  • Cloud mühitində DNS, SSL sertifikatları, IIS, Apache və Nginx veb serverlərinin konfiqurasiyası üzrə praktiki təcrübə.
  • Cloud mühitində təhlükəsizlik siyasətlərinin tətbiqi, monitorinq, performans optimallaşdırılması və Backup/Disaster Recovery həlləri üzrə biliklər.
  • Cloudflare xidmətləri ilə işləmək təcrübəsi.
  • 3CX IP PBX telefon sistemləri ilə işləmək təcrübəsi.
  • SSL sertifikatları, Reverse Proxy, Load Balancer və High Availability həlləri üzrə biliklər.
  • TCP/IP, DNS və server infrastrukturu üzrə yaxşı biliklər.
  • PowerShell və ya Bash skriptləri yazmaq bacarığı.
  • Zabbix, PRTG, Grafana və ya oxşar monitorinq sistemləri ilə işləmək təcrübəsi.
  • Problemləri operativ analiz etmək və həll etmək bacarığı.
  • Texniki sənədlərlə işləmək üçün kifayət qədər ingilis dili biliyi.

Üstünlük hesab olunur:

  • Docker, Kubernetes, Git və CI/CD prosesləri haqqında ilkin biliklərin olması 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

D Datalead MMC
Datalead MMC
İnformasiya və kommunikasiya

Datalead LLC is a consulting company specializing in data and artificial intelligence, providing services in database management, business intelligence (BI) solutions, and the development of data…

Similar jobs

See all
Apply