PASHA Real Estate Group Site Architect
Work mode Full-time Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Təsdiqlənmiş çertyojlar və layihə spesifikasiyalarına əsasən sahədə gündəlik memarlıq işlərinə dəstək göstərmək.
- Sahədə görülən işlərin layihə konsepsiyasına, texniki spesifikasiyalara və müqavilə tələblərinə uyğun icrasına dəstək vermək.
- Memarlıq məsələlərinin vaxtında həlli üçün mühəndislər, podratçılar və sahə komandaları ilə koordinasiyanı təmin etmək.
- Sahə yoxlamalarında, materialların təsdiqi və nümunə (mock-up) qiymətləndirilmələrində iştirak etmək.
- Shop drawing-lərin və as-built sənədlərinin hazırlanması və yoxlanılması prosesinə dəstək göstərmək.
- Sahədə aparılan memarlıq işləri üzrə irəliləyiş hesabatlarının hazırlanmasına töhfə vermək.
- Bütün işlərin əməyin mühafizəsi qaydalarına və şirkətin keyfiyyət standartlarına uyğun yerinə yetirilməsinə dəstək göstərmək.
- Rəhbərin nəzarəti altında həcm hesablamalarının (quantity take-off) aparılmasına və layihə sənədlərinin hazırlanmasına dəstək vermək.
Tələblər
Təhsil:
- Memarlıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi.
Xüsusi bilik və bacarıqlar:
- Sahədə memarlıq nəzarəti, shop drawing-lərin hazırlanması və yoxlanılması, material koordinasiyası və CAD proqramlarından istifadə üzrə biliklər.
İş təcrübəsi:
- Sahə memarlığı üzrə 3–5 il müvafiq iş təcrübəsi.
Dil və kompüter bilikləri:
- AutoCAD, Revit və Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan dilində sərbəst, ingilis dilində isə işgüzar səviyyədə bilik.
Xüsusi tələblər:
- Tikinti materialları və memarlıq detallarına dair yaxşı bilik.
- Memarlıq çertyojlarını düzgün oxumaq, şərh etmək və sahədə tətbiq etmək bacarığı.
- Sahə koordinasiyası və effektiv ünsiyyət bacarıqları.
- Məsuliyyətli, təşkilatçılıq qabiliyyəti yüksək və detallara diqqətli yanaşma.
PRE 

PASHA Real Estate Group
PASHA Real Estate Group operates extensively in real estate, specializing in developing and managing group assets. We are dedicated to reshaping urban landscapes through cutting-edge projects that…