Şıxta yükləyici- Sumqayıt
About this role
Vəzifə öhdəlikləri:
Daxil olan xammalın nəqliyyat vasitələrindən boşaldılması;
Xammal və digər yüklərin yükləyici texnika ilə daşınması və təyin olunmuş sahələrdə yerləşdirilməsi;
Yüklərin təhlükəsiz daşınması üçün düzgün yerləşdirilməsi və bərkidilməsi;
Zədələnmiş və ya dağılmış xammalın təhlükəsiz şəkildə yığılması və daşınması;
Soba və ətraf istehsalat sahələrində dağılan xammalın təmizlənməsi;
Texnikanın gündəlik vəziyyətinə nəzarət və aşkar edilmiş nasazlıqlar barədə məlumat verilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.
İş şəraiti:
İş qrafiki: növbəli;
İş saatı: 08:00 – 20:00;
Nahar pulu;
Servis;
Könüllü tibbi sığorta;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Mövzü yerinə “Şıxta yükləyici” yazıb [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
"AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur.
“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə…