Vəliev MMC SMM
About this role
Vəzifə və Öhdəlikləri:
Şirkətin sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, TikTok və s.) idarə olunması;
Sosial media üçün aylıq və həftəlik kontent planlarının hazırlanması;
Mətn, vizual və video məzmunların hazırlanmasının təşkili və paylaşılması;
Reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və nəticələrinin təhlili;
Video çəkiliş və montaj işlərinin həyata keçirilməsi
İzləyicilərin rəy və sorğularının cavablandırılması;
Brendin rəqəmsal mühitdə tanınmasının artırılması istiqamətində təkliflərin verilməsi;
Rəqiblərin və bazar tendensiyalarının mütəmadi olaraq təhlil edilməsi;
Tələblər:
Ali təhsilli;
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək yazılı ünsiyyət və səlis danışıq bacarığı (rus və ingilis dili üstünlükdür);
Meta Business Suite və reklam kabinetləri ilə işləmə təcrübəsi;
Foto və video çəkilişi üzrə təcrübə üstünlük hesab olunur;
AI alətlərindən (ChatGPT, Canva AI və s.) istifadə bacarığı üstünlük hesab olunur;
Sosial media platformaları üzrə biliklər (Instagram, Facebook, TikTok, LinkedIn və s.);
Canva, Photoshop və ya digər dizayn proqramları üzrə ilkin biliklər;
Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı;
Kreativ düşüncə və kontent yaratmaq bacarığı.
Biz təklif edirik:
Karyera inkişafı və təlim imkanları;
Korporativ tədbirlərdə iştirak imkanı;
Stabil və inkişaf edən şirkətdə çalışma imkanı;
İş şəraiti:
Əmək haqqı: razılaşma yolu ilə;
İş yeri: Sumqayıt şəhəri;
İş qrafiki: 5 günlük;
Nahar müəssisə tərəfindən təmin edilir.
Namizədlərdən CV-lərini mövzu yerində "SMM üzrə mütəxəssis" yazmaqla [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Əlavə olaraq 050 500 41 41 və 051 201 61 36 telefon nömrələrinə CV-lərini göndərə bilərlər.
