P PN HoldingPN Holding

SMM & Creative Manager (Reels/TikTok video maker)

Posted 18 h ago Source
Marketing
Monthly salary
Salary negotiable
Application deadline
7 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Biz beynəlxalq brendlər portfelinin (Kabrita, Lactoflorene, Dentinale, Windi, Nosefrida) kontent və kommunikasiyasının inkişafını öz üzərinə götürəcək, komandanı gücləndirəcək SMM & Creative Manager (Reels/TikTok video maker) axtarırıq.

Məsuliyyət zonası:

  • Short-form video (Reels, TikTok) fokuslu SMM strategiyasının həyata keçirilməsi
  • Sosial şəbəkələr, sayt və reklam kampaniyaları üçün kontent yaradılması (prioritet — video)
  • Reels/TikTok üçün kreativ konsepsiyaların, ssenarilərin, formatların və rubrikaların hazırlanması
  • Platforma alqoritmlərini nəzərə alaraq virusvari və nativ ideyaların generasiyası
  • Sosial şəbəkələrdə aktivasiyaların (oyunlar, geymifikasiya, xüsusi layihələr) işə salınması və idarə olunması
  • Çəkilişlərin prodüserliyində iştirak (o cümlədən sürətli mobile-first prodakşn)
  • Kontentin effektivliyinin təhlili (əlaqə, saxlanma, tam izləmə) və uğurlu formatların miqyaslandırılması
  • Trend izləmə (TikTok, Reels, AI alətləri) və trendlərin sürətli tətbiqi
  • Kross-funksional komanda ilə iş (dizayn, kopirayting, hədəfləmə, prodakşn)
  • Müxtəlif bazarlara adaptasiya üçün kontentin hazırlanması və ötürülməsi (lokallaşdırma)
  • Satış şöbəsi ilə qarşılıqlı əlaqə və tərəfdaşlıq fəaliyyətlərinin dəstəklənməsi
  • Marketinq tədbirlərində (ivent, oflayn aktivasiyalar) iştirak və sonradan kontentin digital formata paketlənməsi

Tapşırıqlar:

  • Bütün platformalar üçün video üzrə kreativ konsepsiyaların hazırlanması
  • Qısa formatlarda güclü storitellinqin yaradılması
  • Brendlərin qlobal kontentinin lokal bazarlara (Azərbaycan, Gürcüstan və s.) adaptasiyası
  • Qeyri-standart vizual və süjet həllərinin axtarışı
  • Kontentin əlaqə, saxlanma və paylaşılma göstəricilərinin artırılması
  • Zaman qrafiki çərçivəsində bir neçə layihənin paralel aparılması

Bizim gözləntilərimiz:

  • Instagram və TikTok üzrə güclü ekspertiza
  • Reels / TikTok yaratma üzrə praktiki təcrübə (üstünlük — nəticələri olan şəxsi və ya brend hesabı)
  • Qısa formatlarda ssenari düşüncəsi və storitellinq bacarıqları
  • Virusluluq mexanikaları və alqoritmlərin işləməsi haqqında anlayış
  • Sistemlilik, təşəbbüskarlıq və nəticəyə yönəlmə
  • İnkişaf etmiş kommunikasiya və təşkilatçılıq bacarıqları
  • Savadlı şifahi və yazılı nitq

Tələblər:

  • SMM / kreativ / video prodakşn sahəsində 1 ildən çox təcrübə
  • Short-form video üçün konsepsiya və ssenari hazırlanması təcrübəsi
  • Platforma və bazarlar üzrə kontent fərqlərinin anlaşılması
  • Bir neçə brend və ya layihə ilə eyni vaxtda iş təcrübəsi
  • Portfolionun mövcudluğu (mütləq video-keyslərlə)

Üstünlük olacaq:

  • Multi-bazarlarla (MDB, Qafqaz, Mərkəzi Asiya) iş təcrübəsi
  • FMCG və ya farma sahəsində təcrübə
  • Birbaşa efirlərin aparılması təcrübəsi
  • Sürətli çəkiliş və montaj bacarığı (mobile-first yanaşma)

Biz təklif edirik:

  • Beynəlxalq brendlər və bazarlarla iş
  • Digital və kreativ sahədə sürətli inkişaf və artım imkanları
  • Güclü komanda və rahat iş mühiti
  • Miqyaslı kampaniya və lansmanlarda iştirak
  • Rəsmi işə düzəliş
  • Müasir ofis

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

P PN Holding
PN Holding

Similar jobs

See all