VA
Vision Academy

SMM üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı

Posted 1 d ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Finance

About this role

Vision Academy tərəfindən təşkil olunan 2 aylıq Sosial Media Mediatoru üzrə Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
  • Yaş həddi: 21-30.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Sosial media marketinq mütəxəssisi olmaq və bu sahədə praktiki bacarıq qazanmaq istəyən ali təhsilli şəxslər.
  •  Kreativ, ünsiyyətcil və sosial media platformalarında fəal olan şəxslər.
  •  Rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlər.

2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Sosial Media Strategiyası və Planlaşdırma:

  • Sosial media platformalarının xüsusiyyətləri.
  • Kontent planının hazırlanması və idarə olunması.
  • Hədəf auditoriyanın müəyyənləşdirilməsi.
  • Reklam kampaniyalarının təşkili və izlənməsi.

B. Kontent Yaratma və İdarəetmə:

  • Kreativ kontent və vizualların hazırlanması.
  • Copywriting və mesajlaşma texnikaları.
  • Sosial media üçün foto və video materialların redaktəsi.
  • Postların optimallaşdırılması və vaxtında yayımlanması.

C.  Analitika və Hesabatlıq:

  • Sosial media analitika alətləri (Facebook Insights, Instagram Analytics və s.).
  • Kampaniya nəticələrinin qiymətləndirilməsi.
  • Rəqəmsal performans göstəricilərinin təhlili.
  • Hesabatların hazırlanması və təqdimatı.

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
  • Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Peşə Hazırlığı proqramı 2 ay davam edəcək.
  • Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə  5 dəfə olmaqla , ümumilikdə   176 saat  olacaq.
  • 2 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Təcrübə – Real sosial media hesablarının idarə olunması və kampaniyalar üzərində iş.
  • Fərdi Mentor Dəstəyi – Təcrübəli sosial media mütəxəssislərindən rəhbərlik və dəstək.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Veb sayt: www.visionacademy.az

Əlaqə nömrəsi: 010 7253232

Sosial Media Hesablar:

Similar jobs

: