HA
Honours Academy
Sosial Media və Marketinq Əməliyyatları üzrə Mütəxəssis
Posted 14 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
- Category
- Marketing
About this role
Vəzifə haqqında:
- “Honours Academy” komandası təhsil və xidmət sahəsində rəqəmsal mövqeyimizi gücləndirəcək, yaradıcı və nəticəyönümlü “Sosial Media və Marketinq Əməliyyatları üzrə Mütəxəssis” axtarır. Bu vəzifə sosial media platformalarının strateji idarə edilməsi, kreativ kontent istehsalı və brend kommunikasiyasının qurulmasında mühüm rol oynayır.
Əsas öhdəliklər:
- Strategiya və İdarəetmə: Brendin və ona aid layihələrin sosial media strategiyasını icra etmək və gündəlik aktivliyi təmin etmək;
- Kontent İstehsalı: Təlimlər, tədbirlər və məkan fəaliyyətləri zamanı foto/video çəkilişlər aparmaq, dinamik "reels", "story" və post formatlarında materiallar hazırlamaq;
- Planlama: Aylıq və həftəlik kontent planlarını hazırlamaq, brendin tonuna uyğun cəlbedici mətnlər (caption) yazmaq;
- Koordinasiya: Vizual materialların hazırlanması üçün dizayner və montaj komandası ilə sıx əməkdaşlıq etmək;
- Analitika: Sosial media göstəricilərini mütəmadi izləmək, aylıq effektivlik hesabatları hazırlamaq və inkişaf üçün təkliflər vermək;
- Arxivləşdirmə: Çəkiliş materiallarını sistemli şəkildə arxivləşdirmək və məhsul/məkan çəkilişlərini təşkil etmək.
Tələblər:
- Sosial media menecmenti sahəsində minimum 1–2 il təcrübə;
- Kreativ düşüncə tərzi və yüksək vizual estetik anlayış;
- Şəkil və video çəkiliş, eləcə də montaj bacarıqları üzrə ilkin bilik;
- Kontent planlaşdırması və vaxtın səmərəli idarə olunması qabiliyyəti;
- Komanda ilə işləməyə meyillilik və yüksək məsuliyyət hissi.
- Azərbaycan dilində güclü yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili üzrə orta səviyyədə bilik üstünlükdür.
Təklifimiz:
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Yaradıcılıq potensialını reallaşdırmaq üçün geniş imkanlar;
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və təlim imkanları.
İş qrafiki:
- Həftədə 5 gün: bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar;
- İstirahət günləri: çərşənbə axşamı və cümə axşamı;
- Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.
Əməkhaqqı:
- Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.
CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “Sosial Media və Marketinq Əməliyyatları üzrə Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.