Titan Group Soyutma Mühəndisi (Sex rəisi)
About this role
Vəzifə öhdəlikləri:
Soyutma sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismarına nəzarət;
Avadanlıqların texniki baxış və diaqnostikasının həyata keçirilməsi;
Nasazlıqların operativ müəyyən edilməsi və aradan qaldırılması;
Texniki sənədlərin hazırlanması və hesabatların tərtib edilməsi;
Enerji səmərəliliyinin artırılması və sistemlərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
Soyutma istehsalat sexinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
İstehsal planlarının vaxtında və keyfiyyətlə icrasına nəzarət;
İşçi heyətinin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün aparılması;
Tələblər:
Ali texniki təhsil (Soyutma texnikası, Mexanika, Energetika və ya əlaqəli ixtisas);
Soyutma sistemləri üzrə 3–5 il iş təcrübəsi;
Soyutma avadanlıqları və texniki standartlar üzrə biliklər;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Məsuliyyətli və komandada işləmək bacarığı.
İş şəraiti:
Əmək haqqı: müsabiqə əsasında müəyyən ediləcək
İş qrafiki: Həftənin 5 iş günü;
İş saatı: 08:30–17:30;
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ nömrə təqdim olunur;
Servis şirkət tərəfindən təmin edilir.
İş ünvanı: Suraxanı rayonu, Binə qəsəbəsi.
Maraqlanan namizədlər CV-lərini [email protected] mailinə göndərə bilərlər.
