SPA xidmətçisi
Work mode Full-time Category Hospitality
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Qonaqlarla bütün ünsiyyət zamanı gülərüz və nəzakətli davranmaq, onların müraciətlərinə operativ cavab vermək və yaranan məsələləri peşəkar və səmərəli şəkildə həll etmək.
- SPA məkanının təmizliyini və səliqəsini təmin etmək, soyunub-geyinmə otaqlarını, prosedur otaqlarını, avadanlıqları və digər SPA sahələrini sanitariya, gigiyena və təhlükəsizlik standartlarına uyğun şəkildə təmizləmək və dezinfeksiya etmək.
- SPA ləvazimatlarının təminatına nəzarət etmək,dəsmalların, içkilərin, qonaqlar üçün nəzərdə tutulmuş vəsaitlərin və digər zəruri ləvazimatların mövcudluğunu izləmək və ehtiyac olduqda onları yeniləmək.
- SPA sahəsinin istifadəsinə nəzarət etmək, SPA ərazisində baş verən fəaliyyətləri izləmək, təhlükəsiz və rahat mühitin qorunmasını təmin etmək üçün hər hansı problem və ya narahatlıq yaradan halları rəhbərliyə bildirmək.
- SPA əməliyyatlarına dəstək vermək, qonaq məmnuniyyətinin artırılması məqsədilə SPA komandasına gündəlik əməliyyatlarda və digər ümumi işlərdə ehtiyac yarandıqda dəstək göstərmək.
Xüsusi tələblər
- Gərgin iş şəraitində sakit və təmkinli qalmaq, qonaqların müraciət və narahatlıqlarını nəzakət və peşəkarlıqla həll etmək bacarığı.
- Güclü təşkilatçılıq və eyni vaxtda bir neçə işi effektiv şəkildə idarəetmə bacarığı.
- Növbəli iş qrafikində, o cümlədən həftə sonları və rəsmi tətil günlərində işləmək imkanı.
- Müxtəlif iş şəraitinə və dəyişən vəziyyətlərə tez uyğunlaşmaq bacarığı.
- SPA xidmətçisi, housekeeping sahəsində və ya oxşar vəzifədə əvvəlki iş təcrübəsinə üstünlük verilir.
H 
Hilton